“Alqı-satqı” sözünün “alğı-satqı”, “əsgər” sözünün “əskər” kimi yazılması təsdiqlənməyibbackend

“Alqı-satqı” sözünün “alğı-satqı”, “əsgər” sözünün “əskər” kimi yazılması təsdiqlənməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Report\”a açıqlamasında filologiya elmləri doktoru, professor Buludxan Xəlilov deyib.

O bildirib ki, bir müddət əvvəl müzakirələrə səbəb olan “alqı-satqı” sözünün \”alğı-satqı\” “əsgər” sözünün isə “əskər” kimi yazılması təsdiqlənməyib:

\”Həmin sözlərin \”alğı-satqı\” və “əskər” kimi yazılması təklif olunsa da, təklif qəbul olunmadı. Ona görə də, əvvəlki qaydaya uyğun olaraq \”alqı-satqı\” kimi yazılacaq. Eyni zamanda qoşa “y” hərfi daxil olan sözlərin də bir “y” ilə yazılması təklif olunmuşdu. Amma bu təklif də qəbul olunmadı. Ona görə də bu sözlər köhnə qaydaya uyğun olaraq yazılacaq”.

Professor vurğulayıb ki, həmin sözlər nəşr olunacaq yeni \”Azərbaycan dilinin orfoqrafiya lüğəti\”ndə əvvəlki qaydada öz əksini tapacaq.

Qeyd edək ki, bir müddət əvvəl “Orfoqrafiya lüğət”ində ediləcək dəyişikliklər zamanı “alqı-satqı” sözünün \”alğı-satqı\” kimi yazılması təklfi edilmişdi. Həmin zaman AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının keçirdiyi iclasda “alqı-satqı” sözünün “alğı-satqı”, “əsgər” sözünün isə “əskər” kimi yazılması təklifi məqbul sayılmışdı.

İnterPress.az