Aİ ABŞ-nin Venesueladakı hərəkətləri ilə bağlı BƏYANAT YAYDI – FOTObackend

Aİ ABŞ-nin Venesueladakı hərəkətləri ilə bağlı BƏYANAT YAYDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ABŞ-nin Venesueladakı hərəkətləri ilə bağlı bəyanat yayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi bəyanatında bildirilib. Macarıstan bəyanata qoşulmaqdan imtina edib, Brüssel tərəfləri təmkinli olmağa çağırıb.

Məlumata görə, Avropa İttifaqı ABŞ-nin Venesueladakı hərəkətləri ilə əlaqədar bəyanat yayıb. Diqqətçəkən məqam odur ki, Macarıstan bu bəyanata qoşulmaqdan imtina edib.

Sənəddə tərəflər təmkinli və mötədil davranmağa çağırılır.

“Hər zaman beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə uyğun hərəkət etmək zəruridir. BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlərin üzərinə bu prinsiplərə riayət olunması ilə bağlı xüsusi məsuliyyət düşür”, – bəyanatda vurğulanıb.

Aİ rəsmiləri qeyd ediblər ki, Nikolas Maduro demokratik seçkilərdə seçilmiş prezident kimi legitimliyini itirib.

Bununla yanaşı, narkotik ticarəti probleminə qarşı mübarizənin vacibliyi qeyd olunub, lakin bu prosesdə beynəlxalq hüquqa, ərazi bütövlüyü və suverenlik prinsiplərinə riayət olunmasının zəruriliyi xatırladılıb.

Sonda bildirilir ki, Venesuela xalqının iradəsinə hörmət ölkənin normal vəziyyətə qayıtması üçün yeganə yoldur.

Xuraman Etibarlı

İnterpress.az