Təpədən sürüşmək faciə ilə BİTDİ: 10 yaşlı uşaqlar kanalizasiyada BOĞULDU – FOTOLARbackend

Təpədən sürüşmək faciə ilə BİTDİ: 10 yaşlı uşaqlar kanalizasiyada BOĞULDU – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatarıstanda iki məktəbli kanalizasiya quyusunda boğulub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Təpədən sürüşərkən quyuya düşən 10 yaşlı uşaqların meyiti tapılıb, cinayət işi açılıb.

Məlumata görə, Rusiyanın Tatarıstan Respublikasında iki məktəbli faciəvi şəkildə həyatını itirib. Onlar təpədən sürüşərkən kanalizasiya quyusuna düşərək boğulublar.

Bildirilir ki, 10 yaşlı uşaqlar gəzməyə çıxıb, lakin bir müddət sonra zəng və mesajlara cavab verməyiblər. Valideynlər bütün gecəni övladlarını axtarıblar.

Həlak olan uşaqlardan birinin atası oğlunun əşyalarını kanalizasiya qapağının yanında aşkar edib.

İlkin versiyaya görə, uşaqlardan biri quyuya düşən dostunu xilas etmək üçün ora girib, lakin hər ikisi oradan çıxa bilməyərək vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az