Dəmir yolunda BƏDBƏXT HADİSƏ: Dəmiryolçu yük platformasının ALTINDA QALDI – VİDEObackend

Dəmir yolunda BƏDBƏXT HADİSƏ: Dəmiryolçu yük platformasının ALTINDA QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında dəmiryolçu yük platformasının altında qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Moskva vilayətində dəmir yolu işçisi qar təmizləmə işləri zamanı bədbəxt hadisə ilə üzləşib. O, yük platformasının altına düşüb.

Bildirilir ki, kişi xüsusi hava üfürən qurğu ilə yolların ayrılma hissəsini (“strelka”nı) təmizləyirmiş. Təhlükəsizlik qaydalarına əsasən, onun həmkarı qatarların hərəkətini izləməli və yaxınlaşan qatarlar barədə xəbərdarlıq etməli idi.

Lakin yaranmış hündür qar divarı görmə məsafəsini məhdudlaşdırıb və nəticədə Pavel adlı işçi yaxınlaşan texnikanı vaxtında görə bilməyib.

Xəsarət alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az