Maduronun rəqsi BAHA BAŞA GƏLDİ: Tramp ələ keçirmə əmrini buna görə VERİB – VİDEObackend

Maduronun rəqsi BAHA BAŞA GƏLDİ: Tramp ələ keçirmə əmrini buna görə VERİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela liderinin ələ keçirilməsi qərarı Maduronun rəqsinə görə verilib.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. ABŞ rəsmiləri prezidentin efirdə rəqs etməsini “son damla” kimi qiymətləndirib, Türkiyəyə sürgün təklifi rədd edilib.

Nəşr yazır ki, Venesuela Prezidenti Nikolas Maduronun son rəqsləri Donald Trampın komandasının bəzi üzvlərini hərəkətə keçməyə vadar edən və onun ələ keçirilməsi qərarına gətirib çıxaran “son damla” olub.

Qəzetin məlumatına görə, Vaşinqtonun Venesuelaya təzyiqləri və gərginliyi artırdığı bir vaxtda, Maduro dövlət televiziyasının efirində ingilis dilində “Çılğın müharibəyə yox” (“No crazy war”) şüarları altında rəqs etməyə davam edib. Bu hərəkət Tramp komandasında Maduronun onlara rişxənd etdiyi qənaətini yaradıb.

Amerikalı məmurların fikrincə, Venesuela lideri bu yolla ABŞ-nin niyyətlərini “blef” kimi qiymətləndirərək onları ifşa etməyə çalışıb.

Bundan əlavə, nəşrin həmsöhbətləri bildiriblər ki, hərbi əməliyyat başlamazdan az əvvəl ABŞ Maduroya Türkiyədə “qızıl sürgün” (təminatlı mühacirət) təklif edib. Lakin Maduro bu təklifdən “qəzəblə imtina edib”.

Xuraman Etibarlı

İnterpress.az