Məşhur bloqer estetik əməliyyat zamanı ÖLDÜbackend

Məşhur bloqer estetik əməliyyat zamanı ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada məşhur bloqer estetik əməliyyat qurbanı olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ombasını böyütmək üçün İtaliyadan gələn 38 yaşlı qadın anafilaktik şokdan dünyasını dəyişib.

Məlumata görə, populyar bloqer Yuliya Burtseva Moskvanın elit klinikalarından birində ombasını böyütmək istəyərkən həyatını itirib.

Bildirilir ki, 38 yaşlı qadın omba nahiyəsinə inyeksiyalar etdirib. Prosedurdan dərhal sonra onda anafilaktik şok yaranıb, ardınca isə klinik ölüm baş verib.

Bloqer təcili olaraq şəhər xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Tibb işçilərini üç ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Yuliya Burtseva İtaliyada yaşayırdı və italyan əri ilə birlikdə bloq idarə edirdi. O, məhz bu əməliyyat üçün xüsusi olaraq Rusiyaya gəlibmiş.

Xuraman Etibarlı

İnterpress.az