AQTİ mütəxəssisi toksiki zəhərlənməyə aydınlıq gətirdibackend

AQTİ mütəxəssisi toksiki zəhərlənməyə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında tələbələrin zəhərlənməsinin səbəbinin qida mənşəli yox, toksiki zəhərlənmə olduğunu açıqlayıb.

Bəs toksiki zəhərlənmə nədir?

Toksiki zəhərlənmənin nə olduğu və necə baş verdiyi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Ceyhun Əliyev bildirib ki, toksik maddələr orqanizmə müxtəlif yollarla daxil ola bilər:

“Ağız boşluğu, tənəffüs yolları, dəri, selikli qişalar vasitəsilə. Ən çox zəhərlənmə toksik maddənin orqanizmə ağız boşluğu vasitəsilə düşməsi nəticəsində baş verir. Bu yol məişət zəhərlənmələri üçün xarakterikdir.

Tənəffüs yolları vasitəsilə orqanizmə ətraf havadan qaz, buxar və toz şəklində olan maddələr çox asanlıqla daxil olurlar. Tənəffüs yolları ilə göstərilən maddələrlə zəhərlənmə havası kifayət qədər dəyişdirilməyən, qapalı yerlərdə baş verir”.

“Həmin yolla orqanizmə daxil olan karbon 2-oksid, kimyəvi məişət malları və digər maddələrlə zəhərlənmələr məişətdə də ola bilər. Dəri toksiki maddənin orqanizmə düşmə yollarından biri hesab olunur.

Toksiki maddənin insan orqanizminə təsirindən asılı olaraq, bir neçə intoksikasiya növü vardır. Bunlara kəskin, yarımkəskin, şiddətli kəskin və xroniki intoksikasiya aid edilir”, – deyə C.Əliyev qeyd edib.

İnterpress.az