Səudiyyə-ABŞ qarşıdurması – Neftin qiyməti düşəcəkbackend

Səudiyyə-ABŞ qarşıdurması – Neftin qiyməti düşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu iki ölkəni dəyərli edən ideoloji dövlət olmasıdır. Bölgədəki bütün şiə məhzəbinə aid olan qüvvələr üçün İran necə ideoloji mərkəzdirsə, Səudiyyə Ərəbistanı da sünni, sələfi məhzəbinə aid olanlar üçün eynidir. 1400 il bundan əvvəl olduğu kimi, Yaxın Şərqdə şiə-sünni mübarizəsi davam edir. Sadəcə fərq ondadır ki, indiki mübarizə artıq çoxdan öz sərhədlərini aşıb dünyanın siyasi gedişatına təsir edir.

İranla Qərbin anlaşmasından sonra İrana yeni alternativlər açıldı. 10 ildən çox sürən Qərb-İran mübarizəsi sonunda öz həllini tapdı. Əvvəlki yazılarımızda yazdığımız kimi, əlbəttə ki, bu həllin arxasında İranın yumşalmasından daha çox, başqa amillər də var. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və separatçılara dəstəyindən sonra Qərbin İran dostluğuna ehtiyacı yarandı. Qərb Makiavellinin \”parçala və idarə et\” prizmasından baxaraq İranla anlaşmaya getdi. Çünki İranla konfrontasiya zamanı Rusiya ilə mübarizə aparmaq qeyri-real görünürdü. Qərbin analitik mərkəzləri anlayırdılar ki, hər iki tərəflə mübarizə, Rusiya və İranı birləşdirə bilər. Rusiya tərəfindən belə bir plan hazırlanırdı da. Kreml nümayəndələrinin həmin ərəfələrdə İrana tez-tez səfər etməsi bunun əyani sübutudur.

Səudiyyə Ərəbistanı İranın yenidən neft bazarına qayıtmasından narahatdır

Anlaşmadan sonra İrana qarşı sanksiyalar bir neçə ay ərzində ləğv edilməyə başladı və İran uzun illərdən sonra öz neftini yenidən Qərb bazarlarına çıxa bildi. Əlbəttə ki, bu anlaşmanın İrana da divident qazandırması sözsüzdür. Çünki dünyada İrana qoyulan blokada onun bölgədəki liderliyinə də, məhdudiyyətlər qoyurdu. Bütün dünya İran maraqlarını görməzlikdən gəlib, neftdən milyardlar qazanan və sürətli şəkildə inkişaf edən (“inkişaf” deyəndə hərbi potensialı və ondan yaranan təzyiq mexanizmləri nəzərdə tutulur – C.Ə) Səudiyyə Ərəbistanına tərəf yönəlirdi.

Dünya bazarında neft qiymətlərinin ucuzlaşması bütün neft ölkələri üçün çətin vəziyyət yaratdı. Səudiyyə Ərəbistanından tutmuş, bütün neft ölkələri öz iqtisadiyyatlarına çəki-düzən verməli oldular. Bir çox analitiklər əminliklə neft qiymətlərinin düşməsinin Qərb tərəfdən təşkil olunduğunu bildirirdi. Səbəb isə Rusiya göstərilirdi.

Maraqlısı budur ki, İranla Qərbin anlaşmasında əvvəl neftin qiyməti sürətlə düşürdü. Və Səudiyyə Ərəbistanı həmin ərəfələrdə neftlə bağlı narahatçılıqlarını dilə gətirmirdilər. İranla Qərbin razılaşması iyul ayında baş vermişdi. Həmin vaxta kimi də, neft qiymətinin düşməsinə baxmayaraq neft istehsalını azaltmaq əvəzinə artırırdı. Qeyd edək ki, iyun ayında Səudiyyə Ərəbistanı gün ərzində 10,56 milyon barel neft istehsal edirdi.

İran-Qərb anlaşmasından sonra, iyulun 29-da məlumat yayıldı ki, Səudiyyə Ərəbistanı neft istehsalını aşağı salacaq. Və sonralar bu məlumatda rəsmi şəkildə öz əksini tapdı. Məlumatda qeyd olunurdu ki, 2015-ci ilin sonuna qədər neft istehsalı 10 milyon barelə qədər düşəcək.

Səudiyyə-ABŞ qarşıdurması - Neftin qiyməti düşəcək

Bu açıqlamalardan bəlli idi ki, Səudiyyə Ərəbistanı İranın yenidən neft bazarına qayıtmasından narahatdır. Bunun iki səbəbi var:

İranın yenidən neft istehsal etməsi neft qiymətlərinin yenidən aşağı düşməsinə gətirib çıxardacaqdı. Həmçinin İranın yenidən aktiv siyasətə qayıtması və yenidən öz mövqeyini bərkitməsi Səudiyyə üçün iflasa gətirib çıxara bilər.

Qərblə İranın yaxınlaşması İranın Qərbdən tələblərinin artması deməkdi

Səudiyyə hökuməti yeni geosiyasi vəziyyətlə barışmaq istəmir. O, Qərbin təzyiqi ilə neft qiymətinin aşağı salınmasına əvvəl göz yumsa da, İran anlaşmasından sonra öz etirazını bildirməyə başladı. Bunun əsl səbəbi isə həm də Səudiyyə Ərəbistanının daxilində 10-15% şiənin olmasıdır. Bu şiələr ölkənin ən çox neft olan ərazilərində məskunlaşıb. Üstəlik də Səudiyyə Ərəbsitanında olan şiələr kifayət qədər aktivdilər, İranın yeritdiyi siyasəti açıq şəkildə dəstəkləyirlər. Qərblə İranın yaxınlaşması İranın Qərbdən tələblərinin artması deməkdir.

İranın bölgədə aktivləşməsi Səudiyyə Ərəbistanında olan şiələrin aktivləşməsi deməkdir. İrandan dəstək alan Husilərin 2015-ci ilin mart-aprel aylarında Livanda ayağa qalxması onu göstərir ki, İran anlaşmadan öncə artıq öz əlindəki mexanizmləri hərəkətə gətirmişdi. Bir çox mərkəzlər bunun məhz Qərb tərəfdən razılaşma yolu ilə baş verdiyini bildirilirdi. Buna səbəb isə ABŞ-la kral ailəsinin arasındakı problem göstərilirdi. Səudiyyə Ərəbistanının əvvəlki kralı Əziz əl Səudun ölümündən sonra taxta çıxan, nisbətən gənc şahzadə Salman ibn Əbdül-Əziz beynəlxalq siyasətə baxışı atasından başqadır. O, atasından fərqli olaraq Səudiyyə Ərəbistanında yeni iqtisadi islahatlara start verdi. İslahatların məqsədi isə ölkəni neft aslılığından qurtarıb yeni sənayeləşmiş dövlətə çevirməkdir. Bunun üçün o, hətta bəzi neft yataqlarını satmağı da təklif edirdi. Bir çox iqtisadi ekpertlər bu cəhdlərin uğursuz olacağını bildirirdi.

Səudiyyə Ərəbistanı neftin qiymətdən düşməsindən də, İranın güclənməsindən də çox narahatdır. ABŞ-la münasibətlərin pozulmasının səbəbi də budur. Amma bu yaxınlarda ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinə tam zərbə vuran bir məsələ ortaya çıxdı.
Amerikalı senator Kirsten Cillibrand və keçmiş senator Bob Qrehem Barak Obamanı 11 sentyabrda baş verən terror hadisəsi ilə bağlı olan gizli hesabatı yayımlamağa çağırdılar. Bu barədə xəbər 12 apreldə yayılmışdı.

Səudiyyə Ərəbistanı ABŞ-ı təhdid edir

Xatırladaq ki, həmin hesabat 800 səhifədən çoxdur və onun sadəcə 28 səhifəsi milli təhlükəsizlik baxımından tamamilə məxviləşdirilib. Həmçinin ABŞ Konqresinə Səudiyyə Ərəbistanı ilə bağlı qanun layihəsi təqdim olunub. Qanun layihəsində qeyd edilir ki, əgər Səudiyyə Ərəbistanının 11 sentyabr terroru ilə hansısa əlaqəsi aşkarlansa o, məsuliyyətə cəlb edilməlidir. Bu qanun layihəsindən bir müddət sonra kral Salman Federal Ehtiyat Sisteminin 750 milyard dollarlıq istiqrazlarını satacağını bəyan edib. Bu isə öz növbəsində dolların kəskin şəkildə ucuzlaşmasına gətirib çıxarda bilər.
Vaşinqtonla Əl-Riyadın münasibətlərinin pozulması dünyanı yeni krizisə apara bilər. Çünki ABŞ Səudiyyə Ərəbistanının neftin qiymətinin bahalaşması üçün atdığı addımları bəyənmir. Əgər kral bu məsələdə ABŞ-ın yanında olmasa vəziyyət daha da kritikləşəcək. Analitiklər Əl-Riyadın ABŞ-a qarşı belə bir addım atacağına inanmır. Çünki elə bir şey olsa bundan siyasi və iqtisadi baxımdan ən çox zərəri kral ölkəsinin özü görəcək. ABŞ-ın neft qiymətini tam aşağı sala biləcək neft ehtiyatları var. Əgər o neft ehtiyatlarının heç olmasa 10 faizi bazara çıxarılsa neftin qiyməti kəskin şəkildə ucuzlaşacaq. Həmçinin ABŞ Səudiyyə Ərəbistanını özünə düşmən elan edib İranla müttəfiqlik qursa, Səudiyyə bütün sistemini itirə bilər. Amma kral bəyanat verməkdən və təhdid etməkdən çəkinmir. Əlindəki imkanlarla neft qiymətinin düşməsinin qarşısını almaq istəyir.

Bu gün OPEK-ə daxil olan və olmayan ölkələrin rəsmi nümayəndələri neft hasilatının bu ilin yanvar ayı səviyyəsində dondurulması mövzusunda danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohada toplaşıblar. Tədbir saat 08.30-da keçirilməli olsa da vaxtında keçirilməyib. İran həmin tədbirə dəvət olunsa da, dəvətdə iştirak etməkdən imtina edib. Səudiyyə Ərəbistanının kralı isə son anda açıqlama verib ki, \”Əgər İran neft hasilatının dondurulması ilə razılaşmasa biz də razılaşmayacağıq\”. Yaxın Şərq yenə siyasi qarışıqlığa girib. Belə görünür ki, Səudiyyə heç cür neft qiymətlərinin yenidən düşməsinin qarşısını ala bilməyəcək. (etatist.com)

İnterpress.az