Ultraliberalların Qarabağ məsələsi ilə bağlı fikirləri etiraz doğurdubackend

Ultraliberalların Qarabağ məsələsi ilə bağlı fikirləri etiraz doğurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan iqtisadiyyatı bu ilin 1-cü rübündə 3,5 faiz kiçilib. Bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, iqtisadi tənəzzül dərinləşir, hökümət isə yalnız neftin bahalaşması üçün “dua” edir.

Onun sözlərinə görə, inflyasiyanın cilovlanmasına çalışan Mərkəzi Bank hazırkı siyasəti ilə alıcılıq qabliyyətini və işgüzar fəallığı aşağı salıb. Ekspertin qənaətincə, hətta neftin qiyməti əvvəlki səviyyədə qərarlaşsa belə, hazırkı hökumət Azərbaycan iqtisadiyyatını tənəzzüldən çıxara bilməyəcək: “Çünki ölkədə qiymətlə yanaşı hasilat da düşür, istehsal xərcləri isə artır, islahatlar da aparılmır”.

Ekspertlər musavat.com-a açıqlamalarında iqtisadiyyatın kiçilməsinin ölkənin hərbi və müdafiə xərclərinə təsiri ilə bağlı proqnozlarını açıqlayıblar. Deputat Vahid Əhmədovun sözlərinə görə, iqtisadiyyatda baş verən azalmanın hərbi və müdafiə xərclərinə təsiri olmayacaq: “Düşünürəm ki, təsiri olan deyil. Çünki mümkün mütləq strategiyada müdafiə xərclərinin artırılması nəzərdə tutulur. İqtisadiyyatda müəyyən qədər azalma olsa da, müdafiə xərclərinə toxunulmamalıdır. Biz sosial müdafiə xərclərinə, o cümlədən müdafiə xərclərinə ümumiyyətlə toxunmuruq. Azərbaycan müharibə aparan bir dövlətdir. Ermənistan Azərbaycanın torpağını işğal edib. Torpaqlar azad edilənə qədər Azərbaycan müdafiə xərclərini həmişə artıracaq. Beynəxlaq təşkilatlar bu münaqişəyə, Dağlıq Qarabağ probleminə birtərəfli yanaşır. Amma məqsədimiz ondan ibarətdir ki, müdafiə xərcləri artırılsın, ordumuz müasir texnolohiya və müasir silahlarla təmin edilsin”.
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, büdcə xərcləmələrində hələ ki, azalmaya gedilməyib və müdafiə xərcləri nəzərdə tutuladuğu qaydada yerinə yetirilir: “Sadəcə, ÜDM-in azalması tempi getdikcə daha sürətli olsa, yəni iqtisadiyyatımız getdikdə daha sərt şəkildə azalmağa başlasa, ən azı, gələn il üçün artıq büdcə xərcləmələrində bütün xərc maddələrinə göz gəzdirmək lazım olacaq. Tək müdafiə xərclərinin yox, digər xərclərin də azaldılması ehtimalı artacaq. Amma fevral ayına dəqiqləşdirilmiş və 2016-cı ilin üçün nəzərdə tutulan büdcə parametrləri təsdiq olunub. Hələ ki onun dəyişdirilməsi ilə bağlı heç bir iş görülmür. Və nəzərdə tutulmuş qaydada xərclər həyata keçirilir. Nəticədə ümumi qaydada xərclər həyata keçriləcək. Amma dediyim kimi, iqtisadiyyat sürətlə daralır, gözləntilərdən daha artıq sürətlə daralır. Ümumi daxili məhsul 3,5 faiz azalıb. Bu, davamlı şəkildə olsa və iqtisadi aktivliyə çox ciddi şəkildə təsir göstərsə, gələn il artıq hökumət bütün xərcləmələri azaltmağa məcbur qalacaq. O cümlədən müdafiə xərclərinə korrektə etməyi düşünə bilər”. (musavat)

İnterpress.az