14 yaşda ərə verdilər – Doğuşda öldü…backend

14 yaşda ərə verdilər – Doğuşda öldü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Doğuşdan sonra şiddətli baş ağrısı, mədə bulantısı, qusma şikayətləri ilə xəstəxanaya aparılıb. Xəstəxanada qıza yardım göstərilsə də, beyninə qansızma diaqnozundan dünyasını dəyişib.

Erkən yaşda hamiləliyin risklərini təqdim edir.

Ginekoloqlar dəfələrlə vurğulayırlar ki, ərə getmək üçün qızların orqanizmi müəyyən qədər formalaşmalı, endokrin orqanlar funksiyasını tamamlamalıdır. 17 yaşı tamam olmayan bir qız ərə gedən zaman orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən, birbaşa beyinlə əlaqədar olan endokrin orqanlar öz funksiyasını hələ tam başa çatdırmamış olur. Belə qızların hamiləliyi zamanı erkən taksikoz və başqa bir sıra fəsadlar baş verir. Doğuş zamanı qanaxmalar çox rast gəlinən patologiyalardan biridir.

Kiçik yaşda hamiləliklər zamanı erkən doğuş və düşmə təhlükəsi yüksəkdir. Erkən yaşda hamiləliklərdə doğuşdan sonra körpənin ölüm faizi normadan daha çoxdur. Ananın yaşı nə qədər kiçikdirsə, körpənin ölüm riski də o qədər yüksəkdir. 10-15 yaş arası hamiləliklərdə körpə ölüm nisbəti 55%, 16-17 yaş arasında hamiləlikdə 19%, 18-19 yaş qrupunda isə 6%-dir.

Erkən hamiləliklərdə ana bətnindəki dölün inkişafı da tam şəkildə yetişmir. Hamiləliyin inkişafı müəyyən qədər geri qalır. Pediatrların da apardığı müşahidələrə görə, bu uşaqların əqli və fiziki inkişafı həmyaşıdlarından xeyli dərəcədə geri qalır. Bu hamiləlikdən dünyaya gələn uşaqların koqnitiv (anlama) bacarıqları daha aşağı olur. Onlar cinayətə meylli olurlar. Onlarda nevroloji, zəka geriliyi, epilepsiya kimi problemlər də yaşanır. Həm də bu hamiləlikdən doğulan qızların irəlidə hamilə qalmaq riskləri daha çoxdur.

Mütəxəssislər deyir ki, erkən yaşda ərə gedən qızların ana olması onlar üçün həm də psixoloji zərbədir. Bu qızlar öz uşaqlarına qarşı laqeyd yanaşırlar. Çünki onların özləri hələ uşaqdır, analıq hissinin nə olduğunu tam dərk etmirlər. Belə qızların həyat yoldaşları ilə də problemlərinin olmasına çox rast gəlinir.

Bütün bunları nəzərə alaraq, mütəxəssislər fizioloji və psixoloji baxımdan qızların ailə qurması üçün ən yaxşı yaş həddinin 20-30 yaş arası olduğunu bildirirlər. (lent.az)

İnterpress.az