Rusiyada “qanuni oğru” Giya Sverdlovski HƏBS EDİLDİ – Ded Xasanın qohumu – VİDEObackend

Rusiyada “qanuni oğru” Giya Sverdlovski HƏBS EDİLDİ – Ded Xasanın qohumu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “qanuni oğru” Giya Sverdlovski saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Yekaterinburqda xüsusi təyinatlılar “qanuni oğru” Giya Sverdlovskinin (əsl adı Georgi Akoyev) ofisində reyd keçiriblər. O, elit yaşayış kompleksi “Kvartal Federasiya”da saxlanılıb.

Məlumata görə, onunla birlikdə bir neçə şəxs də həbs olunub.

Akoyev məşhur cinayətkar avtoritet Aslan Usoyanın (Ded Xasan) qohumudur.

2006-cı ildə o, bir əməliyyatçı agenti soymaqdə ittiham edilərək həbs olunub, 2008-ci ildə isə ümumi rejimli koloniyada 11 il müddətinə məhkum edilib.

Həbsdə olarkən Timur Sverdlovskinin himayəsi ilə “qanuni oğru” statusu qazanıb. Georgi Akoyev 2017-ci ildə azadlığa çıxıb.

Xuraman Etibarlı

İnterpress.az