Tailandda məbəddə elektron siqaret çəkən turist 99 illik giriş qadağası və 2,5 milyon rubl cərimə alıb.
İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Tailandda buddist məbədində elektron siqaret çəkən rusiyalı turist saxlanılıb. Polis onu yerindəcə tutaraq, bölməyə aparıb.
Məlumata görə, ona 2,5 milyon rubl (təxminən 144 000 AZN) cərimə və ölkəyə 99 illik giriş qadağası verilib.
Bu nəticə nisbətən yüngül sayılır. Çünki Tailand qanunlarına görə elektron siqaretə görə 10 ilə qədər həbs nəzərdə tutulur.
Xuraman Etibarlı
İnterpress.az






