Mağazada “SOYQIRIM”: Alıcı bütün qabları SINDIRDI – VİDEObackend

Mağazada “SOYQIRIM”: Alıcı bütün qabları SINDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada alıcı hipermarketdə qab-qacağı qırıb.

İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, alıcı mağazada kütləvi dağıntı törədib.

Moskva ətrafı Kotelniki şəhərində hipermarketə gələn şəxs mağazada boşqabları sındırmağa başlayıb. Mağazaya dəyən ziyan təxminən 200.000 rubl (təxminən 4 180 man) təşkil edib.

Hadisə yerinə çağırılan Rosqvardiya əməkdaşları həmin şəxsi saxlayıb.

Saxlanılan şəxsin motivləri araşdırılır.

Xuraman Etibarlı
İnterpress.az