“Bubble tea” bağırsaq keçməzliyinə və cərrahi əməliyyata səbəb ola bilər.
İnterpress.az xəbər verir ki, bununla bağlı həkimlər xəbərdarlıq edib.
Həkimlərin sözlərinə görə, “Bubble tea” içkisinin tərkibindəki tapioka kürəcikləri sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Soyuduqda bu kürəciklər yapışqan və bərk kütləyə çevrilir, bir-birinə yapışaraq sanki sement kimi bağırsaqda sıx topa əmələ gətirir.
Belə yapışqan kütlə bağırsaq keçməzliyinə səbəb ola və orqanizmdə maye udulmasını pozaraq insanı əməliyyat masasına sala bilər.
Xuraman Etibarlı
İnterpress.az






