Ermənistanın sabiq polis rəisindən dövlət xeyrinə 35 milyon dram tutulubbackend

Ermənistanın sabiq polis rəisindən dövlət xeyrinə 35 milyon dram tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyandan dövlət xeyrinə 35 milyon dram tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Ermənistanda sabiq polis rəisi Vladimir Qasparyandan dövlət büdcəsinə 35 milyon dram ödənilməsi qərara alınıb. Məlumata görə, məhkəmə aktı artıq qüvvəyə minib.

Bu gün prokurorluq “Sevan” Milli Parkının direktoruna müraciət edərək, Qasparyanın həyat yoldaşının anasının adına rəsmiləşdirilmiş Draxtik qəsəbəsindəki torpaq sahəsinin icarə müqaviləsinin ləğvini tələb edib.

Antikorrupsiya Məhkəməsi 2024-cü il 9 iyul tarixində Qasparyanı 2 milyard dramın yuyulması, mənimsəmə, vəzifə saxtakarlığı və səlahiyyətlərdən sui-istifadədə təqsirli bilib. Ona 6 il həbs cəzası verilsə də, müddətin keçməsi ilə bağlı amnistiya tətbiq olunaraq cəzadan azad edilib.

Qərarla bağlı əlavə tədbirlərin görüləcəyi bildirilib.