“Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?!”backend

“Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunlar Milli Məclisin komitə üzvünün seçilməsi, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin seçilməsi (3 məsələ), Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin illik məruzəsi, \”Məktəbəqədər təhsil haqqında\” (ikinci oxunuşda) qanun layihəsi, eyni zamanda \”Azərbaycan Respublikasının dövlət sərhədi haqqında\”, \”Sərhəd Qoşunları haqqında\”, \”İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında\”, \”Telekommunikasiya haqqında\”, \”Lisenziyalar və icazələr haqqında\”, \”Reklam haqqında\” və \”Əmək pensiyaları haqqında\” qanunlarına dəyişiklik layihələridir.
Oqtay Əsədov Mehriban xanım Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək bildirdi ki, Mehriban xanım 12 ildir, deputatdır: “O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb. Mehriban Əliyeva beynəlxalq aləmdə də fəal olub”.

\”Tanrı Azərbaycanı hər zaman qorusun!”

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisdə çıxış edərkən bildirdi ki, “Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub.
“Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsi millət vəkillərinin birgə səyi nəticəsində hazırlanıb. Bunu müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir. Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var. O, 10 ildən artıq müddətdir ki, Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir.
Hörmətli Oqtay, müəllim sizə gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirəm”-deyə Mehriban Əliyeva əlavə etdi.
Birinci vitse-prezident deputatı olduğu Xəzər rayonu ərazisində 2005-ci ildən bu günə qədər aparılan işlər haqqında geniş məlumat verərək onu da əlavə edərək söylədi ki: “Hər zaman mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam və fəaliyyətimin bütün mərhələlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal yox, hər zaman səmimi olub, və mən tam əminliklə deyə bilərəm ki, əldə olunan bütün nailiyyətlər birgə fəaliyyət nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirirəm və gələcəkdə də Xəzər rayonun inkişafı üçün çalışacağam”-dedi. Mehriban Əliyeva digər təşəbbüslərindən də danışaraq: “Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib”.
Ölkənin birinci xanımı öz çıxışında qeyd etdi ki, vicdan, ləyaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. “Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istəyirəm ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam” deyən Mehriban xanım Əliyeva çıxışının sonunda qeyd etdi ki: “Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan xanımlarını qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bu illəri birlikdə keçirdiyimiz fəlaiyyətə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Və ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlıq davam edəcək. Tanrı Azərbaycanı hər zaman qorusun!”.

Mərkəzi Bankın idarə heyətinin üzvləri təqdim olundu

Milli Məclisin deputatı Ziyad Səmədzadə Mərkəzi Bankın İdarə Heyətinə üzv seçilən A. Quliyev, V. Xubanov və A.Babayevin təyinatlarını təqdim etdikdən sonra Milli Məclis deputatları təyinatı səsvermə yolu ilə qəbul etdilər.

“Saxlanılanlarla bağlı fərdi görüş keçirilib, onlara öz hüquqları başa salınıb”.

Ombudsman Aparatının rəhbəri, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova 2016-cı il üzrə illik məruzəsini Milli Məclisə təqdim etdiyi hesabatda qeyd etdi ki, 2017-ci ilin fevralın 28-də illik məruzə Azərbaycan Respublikasının Prezidentinə, Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qurumlarına göndərilib:
“Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2016-cı il üzrə illik məruzədə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünü idarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb”. Ombudsman əlavə edərək bildirdi ki, fəaliyyətini qanun və ədalət prinsipləri üzərində qurub və 2013-cü il ərzində müvəkkilə 13670 şikayət daxil olub: “Şikayətlər əsasən torpaq, mülkiyyət, ünvanlı sosial yardım, işə bərpa, aliment və digər məsələlərlə bağlı olub. Ötən il işgəncə və ləyaqəti alçaldan rəftarla bağlı müvəkkil qrupu DİN, MTN, MN, Miqrasiya Xidməti və digər müvafiq qurumlara müracitə edib, 244 saxlanma yerlərinə yerə baxış keçirib”.
Onun sözlərinə görə, il ərzində öncədən xəbərdarlıq etmədən 383 dəfə baş çəkmə həyata keçirilib: “Saxlanılanlarla bağlı fərdi görüş keçirilib, onlara öz hüquqları başa salınıb. Eləcə də baş prokurorluğa müraciətlər edilib. Penitinsiar Xidmətin 197 əməkdaşına inzibati töhmət verilib, 37-si azad edilib, 16 nəfəri ədliyyə sistemindən xaric edilib”.
Ombudsman təhsil, səhiyyə və digər sahələrdəki hüquq pozmalardan da danışıb və bu istiqamətdə görülən müvafiq işləri diqqətə çatdırdı.

“Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?!”

Elmira Süleymanovanın 25 dəqiqəlik hesabat çıxışını dinlədikdən sonra Milli Məclisin deputatı Zahid Oruc hesabatı tənqid edərək dedi:
“Bir qədər tənqidi fikirlərim var. İnsan haqları üzrə müvəkkilin hansı həddə qədər olduğunu hər birimiz bilirik. Təəssüflər olsun ki, ombudsmanın hesabatı şablon ifadələrdən ibarətdir və sanki sovet zamanındakı çıxışları xatırladır”.
Deputat onu da qeyd etdi ki, icra başçılarından gələn şikayətləri araşdırmaq lazımdır:
“Elmira xanım, bu qədər konyukturaçı olmaq lazım deyil. Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?! Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev dedi ki, 950-dən çox Azərbaycan vətəndaşı İraqda, Suriyada ekstremist təşkilatların tərkibində döyüşür. Bəs nədir onları Azərbaycandan uzaqlaşdıran? Hesabatda niyə bunlardan danışılmır?”
Z.Oruc onu da vurğuladı ki, hesabatda kredit borcları üzərində məhkəmə çəkişmələri haqqında məsələlərin olmaması xoş deyil:
“Nəyə görə axı bunlar qeyd olunmur? Bununla yanaşı, Azərbaycanın Baş Prokurorluğunda “MTN işi” ilə bağlı istintaq tədbirləri görülür. Amma bunlar hesabatda qeyd olunmayıb. Niyə bunları deməli deyilik?! Narkotik vasitələrin hansı mənbələrdən gəldiyi bəllidir”.
Deputat Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun polislərin plan doldurması ilə bağlı dediklərinə də toxunaraq qeyd etdi ki:
“Bu, həm də prokurorluq orqanlarına ittihamdır. Bundan başqa, məhkəmələr özü də müstəqil olmalıdır axı. Kimlərəsə qondarma ittihamlar irəli sürülübsə, məhkəmə qərar verib onları azadlığa buraxmalıdır”.

İnterpress.az
Aynur Arifqızı