Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilir-FOTOLARbackend

Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilir-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Amsterdama ezam olunmuş xüsusi muxbiri Toğrul Alahverdili xəbər verir ki, bu gün Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı keçirilir. Qurultayda Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov, Azərbaycan Diasporla Əli Həsənov, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov və komitənin digər rəhbər şəxsləri, xalq şairi Sabir Rüstəmxanlı, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, AAK -ın vitse-prezidenti, iş adamı Fizuli Məmmədov, eləcə də ölkə mediasının tanınmış simaları – “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Gündəlik Teleqraf Media Holdinqin rəhbəri Aynur Camalqızı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan-Türkiyə Evinin İcraçı direktoru, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, “Report” İnformasiya agentliyinin baş redaktoru Murad Əliyev, “Haqqin.az” və “Virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev və digər jurnalistlər iştirak edir.

AAK-ın Prezidenti Sahil Qasımov DİASPOR.AZ-a açıqlamasında bildirib ki, növbədənkənar qurultayın keçirilməsi təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasını, quruma üzv olan Azərbaycan icmalarının fəaliyyətini daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idareətmə mexanizminin yaradılması məqsədinə xidmət edir. Qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırıır.

Qurultay panel müzakirələrlə davam edəcək.

İnterpress.az