Amsterdamda AXC-nin 100 illiyi və azərbaycanlıların soyqırımının 100 illiyinin Avropada təbliği müzakirə olunurbackend

Amsterdamda AXC-nin 100 illiyi və azərbaycanlıların soyqırımının 100 illiyinin Avropada təbliği müzakirə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland Krallığının paytaxtı Amsterdamda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının 100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə bağlı müzakirələr keçirilir.

İnrerpress.az-ın Amsterdama ezam olunmuş baş redaktoru Toğrul Aahverdilinin verdiyi məlumata görə, Avropa ölkələrindən toplanan diaspor təşkilatları, bir sıra ölkələrin siyasətçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirələr Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda bu gün baş tutan növbədənkənar qurultayı çərçivəsində olacaq.

Tədbirdə Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov və komitənin digər rəhbər şəxsləri, xalq şairi Sabir Rüstəmxanlı, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, AAK -ın vitse-prezidenti, iş adamı Fizuli Məmmədov, eləcə də ölkə mediasının tanınmış simaları – “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Gündəlik Teleqraf Media Holdinqin rəhbəri Aynur Camalqızı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan-Türkiyə Evinin İcraçı direktoru, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, “Report” İnformasiya agentliyinin baş redaktoru Murad Əliyev, “Haqqin.az” və “Virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev və digər jurnalistlər iştirak edib.

AAK prezidenti Sahil Qasımov bildirib ki, müzakirələr zamanı Azərbaycan prezidentinin “2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq Avropa ölkələrində 100 illiyin qeyd edilməsi ilə əlaqədar tədbirlər planı qəbul ediləcək. Eyni tədbirlər planı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq qitə ölkələrində təbliğat işləri barədə qəbul olunacaq. Tədbirlər planında Avropa ölkələrinin rəsmi dairələrində soyqırımı ilə bağlı hüquqi sənədlərin tanınması, qanunverici orqanlarda sənədlərin müzakirəsi və s. məsələlər yer alır.

Qurultay Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.