Öz atasını bəyənməyib qonşuya ata deyən birinə bənzəyir – Eynulla Fətullayevə Rusiyadan sərt cavabbackend

Öz atasını bəyənməyib qonşuya ata deyən birinə bənzəyir – Eynulla Fətullayevə Rusiyadan sərt cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri İnterpress.az-a açıqlamasında Haqqin.az saytının rəhbəri Eynulla Fətullayevin ötən həftə Hollandiyanın paytaxtı Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayındakı çıxışında Azərbaycan xalqını təhqir etməsinə reaksiya göstərən Rusiyadakı Azərbaycan diasporunun tanınmış siması Rusiya, Azərbaycan və Avroasiya Yazarlar birliklərinin üzvü, həkim, şairə, tərcüməçi Afaq Şıxlı deyib.

Dünən haqqın.az analitik xəbər saytının baş redaktoru Eynulla Fətullayevin böyük mübahisəyə səbəb olmuş çıxışını mən də dilnədim.

Salondakı azərbaycanca bilməyən azərbaycanlıların xətrinə rusca çıxış edən Eynulla bəyin rus dilində belə sərbəst danışması könül açan olsa da (hərçənd ki, rus dilində danışa bilən ziyalılarımızın sayı danışa bilməyənlərdən daha çoxdur),Azərbaycan dilini bilməyən azərbaycanlıların var olması çox kədərlidir.

Bir qədər kəskin olsa da, deməliyəm ki, öz dilini – məhz öz dilini bilməmək çox böyük məfirətsizlikdir. İnsan imkansızlıq üzündən başqa dilləri öyrənməyə bilər. Amma əgər insan başqa dillərdə danışacaq qədər özünü ağıllı və ziyalı hesab edirsə, o, mütləq ki, ana dilini də bilməlidir. Bu dildə çıxış edəcək qədər mükəmməl olmaya bilərlər, lakin danışılanı anlamamaq – buqədər biganəlik, canatımın olmaması – o insanı xalqını və millətini özünə layiq bilməyən birisi kimi təsvir edir.

Ana dilini bilmək istəmədən digər dillərdə danışan adam, öz atasını bəyənməyib qonşuya ata deyən birinə bənzəyir. Ağlı və yaddaşı üstündə olan insana Ana dilini öyrənməyə heç nə mane ola bilməz.

Hörmətli Eynulla bəy öz çıxışında mənim Vətənimin müftəlif guşələrinə sevgisizlik bildirərək, Biləsuvardan və başqa rayonlarımızdan olan qızlarımızla evlilik əvəzinə,Hollandiyadan, ya da digər xarici ölkələrdən olan qadınlarla evliliyi məsləhət görür. Başqa millətlə evliliyə pis baxan insanlardan deyiləm. Hər çey sevgiyə bağlıdır. Lakin, xalqımın qızına, gəlininə belə yuxarıdan aşağı baxmağı Eynulla bəyin şəninə heç yaraşdırmadın. Hər halda onu böyüdən ana da hollandiyalı deyil, lakin savadlı bir oğul yetişdirə bilib.

Mən iyirmi ildən artıqdır ki, Moskvada yaşayıram. İki ali təhsilim var. Rus dilində ruslardan pis danışmıram. Amma… Ana dilimi nəinki unutmamışam, hətta daha da təkmilləşdirmişəm. Bu dili övladlarıma və ətrafımdakı hər kəsə sevdirməyə çalışmışam. Mən rus deyiləm, biz rus deyilik. Öz milləti olmaq istəməyən insan kim ola bilər ki?!
Gəlinim həkim, kürəkənim telejurnalistdir. Hər ikisi azərbaycanlıdır. Ailə üzvlərinin azərbaycanlı (Biləsuvarlı, Qazaxlı, Naxçıvanlı) olması geridəqalmışlıq deyil! Bunu belə düşünənlərə və ya belə düşündüyünü bildirməklə müasir görünmək istəyənlərə acıyıram.

Düşünürəm ki, dünyanın bütün dillərini bilsən belə, ana dilimi bilməsən – yarımçıq insansan! Bütün xalqları sevsən belə, öz xalqını sevməsən insan deyilsən!

İnterpress.az