“Başqa kimsə var, görəsən”?backend

“Başqa kimsə var, görəsən”?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentlik postu üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etmiş şəxslər: YAP-dan İlham Əliyevin, BAXCP-dən Qüdrət Həsənquliyevin, MDHP-dən Fərəc Quliyevin, MMP-dən Hafiz Hacıyevin namizəd olacağı gözlənilir. Əlavə olaraq Azərbaycan Liberal Demokrat Partiyasının 2017-ci il 12 aprel tarixində keçirilən qurultayında, partiyanın sədri Fuad Əliyevin və 3 iyul 2017-ci ildə Vətəndaş və İnkişaf Partiyasının məclisi partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyi elan olunub. Namizədlərin çoxluğu, Azərbaycanın firavanlığı və gələcəyə ümidli inkişafı üçün yuxarıda qeyd olunmuş seçicilərin fəaliyyət göstərmək istəyinin təzahürüdür.

Amma verilməsi gərəkən sual: “Başqa kimsə var, görəsən”?

Bir tərəfdə 2003-dən bəri atdığı addımlarla Azərbaycanı hər bir sahədə inkişafa və tərəqqiyə yönəldən və prezidentlik dövründə yetərli qədər təcrübəyə sahib olan mövcud prezident İlham Əliyev və digər tərəfdə indiyə kimi fəaliyyətlərini az eşitdiyimiz buna baxmayaraq bu məşəqqətli yolda davam etmək istəyən namizədlər. Təbii ki, Azərbaycan Respublikası demokratik bir ölkədir və hər bir şəxs, əgər, özündə o güvəni duyursa, müraciət etmək hüququna sahibdir. Bizim anlamamız gərəkən əsas məqam 2018-ci il və sonrasının Azərbaycan Respublikası üçün çox önəmli olmasıdır. Azərbaycanın daxili və xarici siyasətində önəmli pozitiv dəyişikliklər baş verəcəkdir. Azərbaycan gənc və dinamik müasir gəncləri ilə daha uğurlu nailiyyətlər əldə etmək istəyindədir. Azərbaycan yalnızca Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən ilk illərdə minimal illik gəliri 50 milyon dollar proqnoz edir və üstəlik 2020-ci ildən Avropaya qaz təminatı üzərinə planlar qurur. Bunlar yalnız aysberqin görünən hissəsidir. Hansı ki, bizim iqtisadiyyatımızın inkişafına birbaşa təsir göstərəcək və dolayısıyla siyasi strukturun yenidən müsbətə doğru formalaşmasında təkana səbəb olacaq.

İndi burda deyirlər: “Who is more capable of raising sword” (kimin daha yaxşı bacarığı var qılıncı qaldırmağa).

Kim daha ağır məsuliyyətləri, siyasi və iqtisadi məcrada, qaldıracaq gücə və enerjiyə sahibdir? Kim daha təsirli və faydalı reformlar gələcək illərdə ortaya qoya biləcək? Kim gələcəkdə iqtisadiyyatdan əldə edəcəyimiz yüklü pulları düzgün dəyərləndirə biləcək ekonomik bilgiyə sahibdir? Əgər, oxucu məndən soruşursa, cavabım İlham Əliyevdir. Hər kəs mənimlə bir düşünməyə bilər və fərqli yanaşa bilər. Mən cavabımın niyə İlham Əliyev olduğunu aşağıda öz fikirlərimlə və punktlarımla açıqlayacam. Amma rica edirəm ki, ilkin növbədə mənim bu yazılarımı hər hansı bir qurumun və ya şəxslərin diqqətini cəlb etmək üçün yazmaqda yarqılamayın. Çünki, mən bir vətəndaş olaraq, həmçinin, Amerikada Belnəlxalq Əlaqələr və Qlobal Məsələlər üzərinə magistr oxuyan bir tələbə kimi mövcud vəziyyəti dəyərləndirərkən öz düşüncələrimi ortaya qoyuram.

Prezidentlik postu seçimində, o postda oturanı bəyənib və ya bəyənməmək əsas məqsəd daşımır. Əsas məqsəd daşıyan məqam onun bu işlərə qadir olub, ya da olmamasıdır. Burada hisslərimizlə yox, məntiqimiz və düzgün analizimiz ilə məsələyə yanaşmalıyıq. Mən də seçimimi öz yazılarımda şəxsi hissiyyatlara və ya fərdə qarşı duyulmuş simpatiyaya dayanaraq yox, bu işə layiqlilik səviyyəsini ölçərəkdən bildirirəm. Layiqlilik səviyyəsi yüksək olanın Azərbaycana daha faydalı olacağını dərk edirəm. O posta layiq olan insanın neçənci dəfə prezident olacağı mənim üçün önəmli deyil, önəmli olan onun yeniliyə açıq olması və təsirli reformlar etmək bacarığında olmasıdır. Tarix çox görüb və görməkdədir, uzunmüddətli prezidentləri və dövlət idarəçilərini kimlər ki, həqiqətən faydalı olublar: Franklin Ruzvelt, Nursultan Nazarbayev, Aleksander Lukaşenko, Vladimir Putin, Angela Merkel, Benjamin Netanyahu və s.

Öz keçmişimizə baxdığımız zaman, İlham Əliyevin Azərbaycanın firavanlığı üçün nə qədər işlər gördüyünü açıqca anlaya bilərik. 30 avqust 1991-ci ildən müstəqilliyini elan etmiş Müasir Azərbaycan Respublikasının tarixində İlham Əliyevin atası Heydər Əliyevin və oğlunun fəaliyyətləri danılmazdır. Onların qurduğu sistem Azərbaycanın iqtisadiyyatını sürətli şəkildə gücləndirdi və ölkəmizi beynəlxalq arenada önəmli rol oynayan bir dövlətə çevirdi. Beynəlxalq arenada yalnızca bizim musiqimizin, idmanımızın tanınması bizlər üçün və hər bir Azərbaycan vətəndaş üçün böyük qürur mənbəyidir. Bundan əlavə, İlham Əliyev Azərbaycanı, sözün əsl mənasında, bir brend olaraq dünyaya tanıtdı. Yəni, artıq bir ingilis və ya amerikanlı Azərbaycanı Rusiya ilə ya da Türkiyə ilə səhv salmayacaq, əksinə, nefti, qazı və güclü mədəniyyəti ilə nə qədər qüdrətli Azərbaycan dövləti olduğunu biləcək. Səbəb isə Azərbaycanın ev sahibliyi etdiyi və əldə etdiyi nailiyyətlərdir: 2011-2017-cil illərdə Bakıda dörd dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Formula 1, İslam Oyunları, İlk Avropa Oyunları, Avroviziya və s.

Xarici siyasətə nəzər saldığımızda, İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür və bir çox güclü ölkələrlə sıx əməkdaşlığa sahibdir. Azərbaycan bu beynəlxalq təşkilatlarda aktiv şəkildə iştirak edir və humanitar yardımlarını əskik etmir. Dövlətimiz, başda İlham Əliyev olmaqla, həm 1.200.000 qaçqın və məcburi köçkünün qayğısına qalır, həm də Fələstin, Nepal, Cibuti və Rohinqadaki qaçqınlara humanitar yardım məsələlərindən də geri qalmır. Təbii ki, Azərbaycanda da digər ölkələrdəki kimi problemlər mövcuddur. Problemləri yalnız birlik olaraqdan və güclü vizyonu, həmçinin, təcrübəsi olan şəxslə həll etmək daha məntiqəuyğundur. Azərbaycan gənc və güclü bir nəsilə sahibdir və bizim öz üzərimizdə çalışmağımız dövlətimiz üçün çox böyük önəm daşıyır. Bizim özümüzün gündəlik həyatımızda ictimai arenadaki davranışlarımız və insanlarla olan mülayim ünsiyyətimizin pozitiv təsirlərini bizlər belə xəyal edə bilmərik. 27 illik Yeni Azərbaycan Respublikası bizim üçün və dövlətimiz üçün etdiklərini danmağımız doğru olmaz. Adicə, öz müşahidəmdən deyə bilərəm ki, əgər, gecə vaxtlarında bizlər ailəmizlə və ya xaricdən bizə təşrif buyurmuş turistlər ailələri ilə rahatca gəzib və dincələ bilirsə, bu, bizim ölkəmizin çox böyük müsbət tərəfidir. Bir çox ölkələr belə şəraiti qibtə edərək arzulayırlar. Mənlə başlayan tendensiyada, gəlin, hamımız asudə vaxtlarımızda öz düşüncələrimiz və fikirlərimizi hər kəslə bölüşək və məntiqli təkliflər ortaya qoyaq. Dövlət ilə dövlətçilik etməyək. Dövlətin inkişafı üçün hamımız əlimizi daşın altına qoyaq və dəstək olaq.

Bu suala da gözəl cavab verirlər: Diplomum.

Dövləti təşkil edən xalqdır və xalq nə qədər maariflənmiş olsa, dövlət də ondan faydalanacaqdır. Problemlərimizin olduğuna mən də aşikaram. Amma həll yoluna mən başqa cür yanaşıram. Məsələn, insanlar səhiyyə sahəsində olan problemlərdən gileylənirlər hansı ki, bunu tələb etmək onların yüzdə yüz vətəndaşlıq borcudur və əvəzində də dövlətin onlara yardım göstərməsi da dövlətin öz borcu və məsuliyyətidir. Amma problem o yerdə başlayır ki, o zaman biz deyirik ki, Avropada və ya Amerikada belə şeylər mövcud deyil. Sanki ancaq bizim problemlərimiz var. Məhşur doktor Johns Hopkinsin araşdırmasına görə, hər il 440 min insan tibbi xətalardan Amerikada dünyasını dəyişir. Məqsədim səhiyyəni bir nümunə göstərərkən, birlik olmağa və əməkdaşlığ etməyə insanları sövq etməkdir. Hər hansı problem ilə üzləşdiyimiz zaman yolumuzu dəyişməkdənsə, daha ağıllı həmlələr ortaya ataq. Problemləri öz içimizdə həll edək. İşsizlik faizinin yüksək olmasının səbəbini dövlətdə deyil, özümüzdə tapaq. Əgər bir insan məktəbinin yolunu və adresini 10-cu sinifdən unudursa, üstəlik universitetdə kitab üzü görmədən diplomla tanış olursa, o zaman o insan nədən gileylənir? Sual versin özünə ki, nə bilirəm və nəyə sahibəm? Bu suala da gözəl cavab verirlər: Diplomum. Ona görə də dövlətimizin indiyə kimi əldə etdiyi nəticələri göz ardı etməyək və hər bir problemi şişirtmək və mübaliğə etmək yerinə, həlli üçün bir beyin olaq. Mən bu cərəyanı başladan bir fərd kimi öz fikirlərimi sizlərlə bölüşdüm. Sonraki yazılarımda da Azərbaycanda iqtisadi və siyasi reformlar haqqında öz fikirlərimi bölüşəcəm. Bir gənc kimi ümid edir və inaniram ki, hazırki prezident İlham Əliyev (seçkilərdə uğur qazanmasını ümid edərəkdən) mənim düşüncələrimi qeydə alacaq və nacizanə nəzərdən keçirəcək.

İnterpress.az