İnsan alveri, sosial hüquqi hadisə kimi ictimai orqanizmin normal inkişafına mane olduğuna, insanların sosial davranışlarına, onların iradə azadlığına və psixikasına neqativ təsir etdiyinə görə öyrənilməli, doğuran səbəblərin aradan qaldırılması və bu işin nəzarətdə saxlanılması, habelə onun xəbərdarlığı və profilaktikası üçün vətəndaşların iştirakına ehtiyac var.
İnterpress.az BiG.AZ-a istinadən xəbər verir ki, bu məqsədlə \”Polisə Dəstək İctimai Birliyi\” polislər və yerli icra orqanlarının əməkdaşlarının iştirakı ilə \”İnsan alverinə qarşı mübarizə\” mövzusunda seminar keçirilib.
Respublika DİN-nin statistik məlumatlarına görə 2017-cı il ərzində 142 insan alveri, 6 məcburi əmək cinayətləri, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər üzrə 26 fakt aşkar edilmişdir. 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilmiş, bu mütəşəkkil dəstənin cinayətlərinin qurbanı olan 71 nəfərin 66-sı qadın, 5 nəfəri isə kişi olmuşdur. İnsan alveri və məcbur əmək faktlarına görə 28 nəfər barədə cinayətin istintaqı tamamlanmış, 25 qadın və 8 kişi məhkəmə məsuliyyətinə cəlb edilmişdir. 23 nəfər şərti olaraq məhkum edilmiş, 5 nəfər müəyyən müddətə azadlıqdan məhrum olunmuşdur. Dövlət tərəfindən müvəqqəti sığınacağa yerləşdirilmiş şəxslərə birdəfəlik müavinət verilmiş, 21 nəfər işlə təmin edilmiş, 6 nəfər peşə kurslarına göndərilmiş, 55-i isə ailələrinə qaytarılmışdır.
İnsan alverinə qarşı mübarizənin təşkilində mühüm faktor, qurbanların cəmiyyətdə ayrıseçkiliyə məruz qalmasının qarşısının almaq, onların təhlükəsizliyini təmin etmək, bu cinayətlərə görə cəzanın labüdlüyünə nail olmaq, habelə təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsidir.
İnsan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsi və bu cinayətin qarşısını almaq üçün ictimai dəstəyin təmin edilməsi də, çox vacibdir.
DİN-in İnsan Alverinə qarşı mübarizə Baş İdarəsinin əməkdaşlarına yardımçı olmaq, (dəstək vermək) insan alveri qurbanlarının sosial reabilitasiyası üçün müvafiq təkliflər hazırlamaq ,vətəndaş cəmiyyətinin missiyası kimi seminar mühazirələrin keçirilməsi,yığcam həcmdə
nəşrlərin təşkili “İnsan alveri haqqında” 28 iyun 2005-ci tarixli AR Qanununun tələblərinə ictimai nəzarətin həyata keçirilməsinin təzahürüdür.
Bu mənada, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli əməllərdən,sağlamlığa ziyan vuran, ictimai mənəviyyatın pozulmasına təsir edə biləcək, hüquqa zidd hərəkətlərdən qorunmaq və bu istiqamətdə olan mübarizə işinə ictimaiyyətin dəstəyini təmin etmək
imkanı yaranır.
Layihənin həyata keçirməsində Respublika Daxili İşlər, Təhsil, Gənclər və İdman Nazirliklərinin müvafiq orqanları, həmcinin yerli İH orqanları yaxından iştirak edirlər. Tədbirin strateji mövqeyi əhali arasında insan alveri cinayətlərinin anlayışını, insanın əşya kimi, köləliyə bənzər üsulla alınıb – satılmasını dərk edilən anlamda vətəndaşlara çatdırmaq və onları belə hərəkətlərdən çəkindirmək, bu barədə KİV – lərdə məlumat vermək, əhalini maarifləndirmək, bu cinayətlərə xas hüquqpozmaların qarşısını almaq və təlimlərin davam etdirməsi nəticəsində insan alverinin vahiməsinə məruz qala biləcək qurbanlar və vətəndaşlar
maarifləndiriləcəklər.
İnterpress.az