Xəbər verildiyi kimi, may ayı ərzində Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası keçirilib. İyunun 5-də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının nəticələri ilə bağlı iclas təşkil edilib.
Kampaniyasının təşkilatçılarından olan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf çıxış edərək göstərilən həmrəyliyə görə hər bir iştirakçıya təşəkkür edib.
Kampaniyanın digər təşkilatçısı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə ilk dəfə olaraq diaspor və ictimai təşkilatların belə birlik nümayiş etdirdiklərini deyib.
Sonra kampaniyaya qoşulan diaspor üzvləri videogörüntü vasitəsilə öz fikirlərini bölüşüblər. Diaspor üzvləri belə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıblar. Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində ilk həyata keçirilən bu kampaniyanın gücləri birləşdirdiyini bildiriblər.
Daha sonra Azərbaycanda kampaniyanın virtual təbliğatını aparan QHT nümayəndələri çıxış ediblər. Onlar belə bir kampaniyanın tarixi əhəmiyyət daşıdığını qeyd ediblər.
İclasda Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platformasının işinin davamlı olması vurğulanıb və növbəti həyata keçiriləcək layihələrin müzakirəsi aparılıb.
Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniya çərçivəsində 8 ölkədən (ABŞ, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Ukrayna və Kipr) soydaşlarımız AXC-nin 100 illiyi ilə bağlı dünya azərbaycanlılarına təbrik mesajı ünvanlayıblar. Soydaşlarımız əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər və bayraqlar tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Həmvətənlərimiz, eyni zamanda yaşadıqları ölkədə AXC haqqında məlumatlandırma aparıblar. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparıb.
Kampaniyaya aşağıdakı təşkilatlar qoşulub:
Xaricdəkilər
1. Azərbaycan-Amerika Qadın Cəmiyyəti
2. Alman-Azərbaycan Dostluq Cəmiyyəti
3. Benilüks Azərbaycanlıları Konqresi
4. Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi
5. Krasnoyarsk diyarı üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı Təşkilatı
6. Ukraynada Gənclər Dünyası İctimai Birliyi
7. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti
8. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı
9. Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyəti
10. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi
11. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Kanada Koordinatoru
12. Norveçdə CAN Təşkilatı
13. Norveç Azərbaycan Gənclər Təşkilatı
14. Polşada Azərbaycanlı Gənclər Şurası
Azərbaycandakılar
15. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi
16. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi
17. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
18. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
19. Gənclərin Həmrəyliyi İctimai Birliyi
20. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı
21. Azərbaycan Diasporu İnformasiya Mərkəzi
22. XX Əsrin Qadınları İctimai Birliyi
23. “Vəfa” Sosial-İctimai Birliyi
24. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
25. Gəncə Regional Qadın Mərkəzi
26. DiasporTV
27. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi
28. Dünya Gənc Türk Yazarlar Birliyi
29. İnformasiya Təşübbüslərinə Dəstək İctimai Birliyi
30. Sabir Fondu
31. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi
32. Beynəlxal Mutikultural Şəbəkəsi
33. ENACTUS Azərbaycan
34. “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai birliyi
35. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi
36. Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi
DFJD-nin Mətbuat xidməti
İnterpress.az