Antalyadan ilk qeydlərbackend

Antalyadan ilk qeydlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə dünyanın ən məşhur turizim şəhərlərindən biri, Antalyada səfərdəyik.

Antalya Türkiyənin dünyaca məhşur turizm bölgəsidir. Çimərliklərin təmizlik göstəricisi olan Mavi Bayraqlı çimərlikləri ilə Antalya turizmin cənnət bölgəsi hesab edilir.Alanya, Side, Belek, Kaş, Kalkan, Kemer və Manavgat bölgələri ilə birlikdə dünyanın hər yerindən insanları özünə cəlb edir. Bura möhtəşəm yay kurrort məkanı olmaqla yanaşı min illiklərə dayanan tarixi abidələri ilə turistləri heyran etməyi bacarır. Antalya komfortlu və sakit istirahəti sevənlərlə yanaşı çılğın həyatı sevənlər üçün cə möhtəşəm məkandır.

Qeyd edək ki, dünyanı ağuşuna alan koronavirus pandemiyası müddətində Türkiyə turizm sahəsində gördüyü tədbirlərlə nümunə olub.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə başladılan və Covid-19-a qarşı bütün tədbirlər istirahətə gələnlərdə təhlükəsizlik hissi yaradır.

Səfərimiz zamanı gördüklərimizi, təəssüratlarımızı oxucularımızla bölüşməyə çalışacağıq.

Toğrul Allahverdili

İnterpress.az