Un BAHALAŞDI: “Azərbaycanda dünya bazarı bəhanə gətirilərək qiymət qaldırılır” – AİB sədribackend

Un BAHALAŞDI: “Azərbaycanda dünya bazarı bəhanə gətirilərək qiymət qaldırılır” – AİB sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hökuməti biznes qurumları üçün bir toxunulmazlıq şəraiti yaradıb. Artıq 8 ildən yuxarıdır ki, bu toxunulmazlıq şəraiti mövcuddur. Yəni onları yoxlamaq olmaz və s. Əlbəttə, Azad İstehlakçılar Birliyi olaraq biz də tərəfdarıq ki, biznes qurumları heç kəsə rüşvət verməsin. Bu, yaxşı cəhətdir. Lakin biznes qurumları hökumətin bu əhəmiyyətli siyasətini adekvat qiymətləndirmir, istehlakçı hüquqlarını pozan işlər görürlər və bu, ardıcıl davam edir.

Bu fikirləri İnterpress.az-a Azərbaycanda unun bahalaşması ilə əlaqədar suallarımızı cavablandıran Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov səsləndirib.

O bildirib ki, qiymət artımı ilə əlqədar ciddi problemlər mövcuddur, yəni bu sahədə monopoliya var.

“Qiymət məsələsində bu sahədə ciddi problem yaşanır. Marketlər malın tarladan istehlakçıya çatdırılmasına çox mühüm təsir edən bir şəbəkədir, bir halqadır.  Bu, təkcə keyfiyyət məsələsində yox, eləcə də qiymət məsələsində çox ciddi rol oynayan bir faktordur. Marketlər, satıcılar həddindən artıq sərbəstdirlər, qiyməti istədikləri kimi qoya bilərlər, heç də tələb və təklif aksiomu ilə çalışmırlar, onlara sərf edilən istənilən qiymətləri qoya bilirlər.

Azərbaycan bazarı biz düşünürük ki, dünya bazarına integrasiya olunmuş bu bazardır. Əslində isə de facto belə deyil. Ümumdünya müaliyyə böhranında dünyada bütün malların, xidmətlərin qiyməti aşağı düşdü. Bütün dünya istehlakşıları yararlandı, Azərbaycanda isə endirim olmadı. Azərbaycan bazarı müəyyən qrupların əlindədir.

Həmin qruplar qiymətləri təyin edir, istənilən vaxtı qiymətləri dəyişə bilir. O cümlədən, un bazarı da bir qrup insanın əlindədir. Baxmayaraq ki, dövlət başçısı iqtisadi yığıncaqlarında daim söyləyir ki, əmtəə bazarında monopolya var, inhisarçılıq var, kartel sövdələşmələri var. Kartel sövdələşmələri deyirlər buna, yəni qiymətlərin qrup tərəfindən təyin olunması.

Lakin heç də rasional iş getmir və qiymətlər bir qrup tərəfindən təyin olunur. Azərbaycan bazarı azad bazar iqtisadiyyatı şəraitində işləmir. Ona görə qiymətdə belə dəyişikliklər ola bilər və dünya bazarında hər hansı malın qiyməti qalxanda, Azərbaycan bazarı o dəqiq ona reaksiyaya verir. Endirim olanda isə heç vaxt reaksiya vermir”, – ekspert deyib.

Eyyub Hüseynov unun bahalaşmasının çörəyin qiymətinə təsir etməyəcəyini bildirib.

Mən güman edirəm ki, yenə də dünya bazarı bəhanə gətirilərək qiymət qaldırılır. Düşünürəm ki, bu, bir qrup insanın əlində olan bir məsələdir bu və 15 ildir ölkədə antiinhisar məcəlləsi qəbul olunmayıb.

Lakin 3 ay bundan öncə Milli Məclis ən nəhayət müzakirə etdi və paradoksal bir məsələ qəbul etdilər. Bazarın 35%-nə malik olan hər hansı qurum, hər hansı bir fiziki və ya hüquqi şəxs o vaxta kimi, yəni məcələ qəbul olunana kimi, bazarda inhisarçı hesab olunurdu. Yeni məcələdə isə bunu 50%-ə qaldırdılar.

Mən bu sualı ən böyük yiğıncaqlarda dövlət orqanlarına, Milli Məclis üzvlərinə vermişəm, heç bir cavab verən olmayıb. Yəni bazarın bir az da inhisarlaşmasına doğru yol açılıb. Bundan da sui-istifadə olunur.

Düşünürəm ki, bu kiçik qiymət qalxımı çörəyin qiymətində təsir etməyəcək. Çünki çörəklə məşğul olan insanlar çalışırlar ki, qiyməti sabit saxlasınlar. Başqa un məmulatlarında ola bilsin ki, təsir olsun”, – AİB sədri vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az