Isparta-Antalya yolunda avtobusda yanğın olub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, İsparta-Antalya avtomobil yolunda sərnişin avtobusu yanıb.
Sakızlıq ərazisində mühərrik hissəsindən tüstü çıxdığını görən sürücü sürətlə avtobusu saxlayıb və 25 sərnişini təxliyyə edib.
Yanğınsöndürənlər yanğını tez bir zamanda söndürsələr də, avtobus tamamilə yanaraq yararsız hala düşüb.
Tüstüdən zəhərlənən konduktora hadisə yerində tibbi yardım göstərilib.
Sərnişinlər təyinat yerinə başqa avtobusla aparılacaq. Yanğının başvermə səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az