Sosial media trendinə görə 19 yaşlı qız kimyəvi maddələrlə tənəffüs etdikdən sonra ölüb.
İnterpress.az xəbər verir ki, ABŞ-də Arizonadan olan Renna O’Rurk “Dusting” adlı təhlükəli internet çağırışında iştirak edərkən ölüb.
O, özündən əvvəl bir çox yeniyetmənin bir neçə bəyənmə üçün etdiklərini edib. O, narkotik maddənin yaratdığı hissi yaşamaq üçün kimyəvi buxarları udub.
Bunun üçün o, heç bir qoxusu olmayan və buna görə də zərərsiz görünən klaviatura təmizləyicisindən istifadə edib. Lakin 19 yaşlı qızın ürəyi dayanıb.
Bundan sonra o, xəstəxanaya aparılıb. Həkimlər onun beyninin öldüyünü elan edənə qədər o, bir həftə reanimasiyada huşsuz vəziyyətdə qalıb.
Xuraman Etibarlı
İnterpress.az