Bakıdan Xankəndi, Şuşa və Laçına müntəzəm avtobus reysləri başlayırbackend

Bakıdan Xankəndi, Şuşa və Laçına müntəzəm avtobus reysləri başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən iyulun 7-dən Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək.

İnterpress.az xəbər verir ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

7 iyul tarixindən etibarən Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə verilir. Avtobuslar hər gün saat 11:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək.

Bakı-Laçın və əksinə istiqamətdə biletin qiyməti 16.10 manat, Bakı-Şuşa və əksinə istiqamətində 14.80 manat, Bakı-Xankəndi və əksinə istiqamətində 14.20 manat, Bakı-Xocalı və əksinə istiqamətində isə 13.90 manat təşkil edir.

Biletləri yalnız biletim.az portalı vasitəsilə onlayn əldə etmək mümkündür. Qeyd edək ki, azad olunmuş ərazilərə səfər etmək üçün müvafiq icazə sənədi tələb olunur.