Dənizin üzərində paraşütlə uçan turist HUŞUNU İTİRDİ – VİDEObackend

Dənizin üzərində paraşütlə uçan turist HUŞUNU İTİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnodarda qadın paraşütçü havaya qalxarkən güclü zərbə alıb və huşunu itirib. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Krasnodar diyarında qadın paraşütçü havaya qalxarkən güclü zərbədən sonra huşsuz halda bütün marşrutu uçub.

Çimərlikdə paraşütlə tullanma zamanı turistə metal bərkidici dəyib və havaya qalxandan dərhal sonra huşunu itirib.

Bununla belə, operatorlar fövqəladə vəziyyətin fərqinə varmayıblar – qayıq standart trayektoriya üzrə yedəkləməyə davam edib. Yalnız yerə enəndən sonra şahidlər qadının huşsuz olduğunu aşkar ediblər.

Zərərçəkən həkimlərə təhvil verilib. Onun hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur.

Xuraman Etibarlı

İnterpress.az