ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin haqqında verdiyi son açıqlamalarla gündəmə gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib. O, Putini “peşəkar” adlandıraraq, Moskvanın Qərbin tətbiq etdiyi sanksiyalara tab gətirməyi bacardığını etiraf edib.
Trampın sözlərinə görə, sanksiyalar mövzusu onun Putinlə son telefon danışığında geniş şəkildə müzakirə olunub.
“O başa düşür ki, yeni məhdudiyyətlər ola bilər,” – Tramp bildirib.
Respublikaçı siyasətçi həmçinin vurğulayıb ki, prezidentliyi dövründə Rusiyaya qarşı İrandan daha sərt mövqe nümayiş etdirib.
O, Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunmasını istədiyini, lakin nəticə ilə bağlı zəmanət verə bilməyəcəyini də əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az