Netanyahu Nir Ozdakı israillilərə bütün girovları qaytaracaqlarını vəd edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
2023-cü il oktyabrın 7-dən bəri ilk dəfə Kibbuts Nir Oza səfəri zamanı İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında saxlanılan bütün girovları evlərinə qaytaracağına söz verib.
Ofisinin yaydığı videoya görə, Netanyahu sakinlərə deyib:
“İlk növbədə, qaçırılan bütün insanlarımızın geri qaytarılmasını təmin etmək niyyətindəyəm. Biz onların hamısını geri qaytaracağıq”.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlıları və müttəfiq qruplar tərəfindən oğurlanan 251 girovdan 49-u hələ də Qəzza zolağındadır.
İsrail ordusunun məlumatına görə, onlardan 27-si öldürülüb.
Xuraman Etibarlı
İnterpress.az