Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Tütünçəkmə, alkoqolizm və narkomaniyaya qarşı mübarizə” adlı layihənin icrasına başlayıb.
4 ay müddətində Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Şamaxı rayonlarında və Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi əhalinin tütünçəkmə, alkoqolizm və narkotik vasitələrin orqanizmə tibbi təsirləri, tütün, alkoqol və narkotik asılılığı və onlara qarşı mübarizənin aparılması yolları haqda maarifləndirilməsidir .
Layihə çərçivəsində ilk tədbir iyulun 11-də Şamaxı şəhərində yerləşən “Şamaxi Yaradıcılıq Mərkəzi”də təşkil olunub. 20 nəfərin iştirak etdiyi tədbir maarifləndirmə, müzakirələr və kiçik qruplarda işdən ibarət olub.
Həkim-narkoloq tütünçəkmənin, alkoqolizmin və narkomaniyanın tibbi fəsadları haqda aşağıdakı mövzularla bağlı məlumat verib;
-Tütünçəkmə və onun əsas mahiyyəti,
-Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər, Tütünçəkmədən imtina etməyin xeyri.
-Alkoqolizm haqda ümumi məlumat
-Alkol sərxoşluğu və törətdiyi fəsadlar
-Alkoqolozmin törətdiyi fizioloji, orqanik və sosial fəsadlar.
-Alkoqolizmin proqredientliyi, inkişafı və mərhələləri.
-Qadınlarda və yeniyetmələrdə alkoqolizmin xüsusiyyətləri.
-Alkoqolizmin müalicəsi (Farmakoloji və psixoterapiya).
Həmçinin ekspert narkomaniya ilə bağlı mövzularda çıxış edib;
1.Əsas anlayışlarin izahi
2.Narkomaniyanın tarixi
3.İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
4.Narkotiklərdən asıllıqın yaranma səbəbləri
5.Narkomaniyanin törətdiyi fəsadlar
6.Narkotik istifadə zamanı iynədən yoluxa bilinəcək xəstəliklər
7.Narkomnaiya ilə necə mübarizə aparılmalı
8.Narkomaniyadan əziyyət çəkənlərin xilası.
9.Narkotik vasitələrin prekursorlarının və analoqlarının apteklərdə bəzi vaxt reseptsiz satılması.
Təlimçi slayd vasitəsi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təqdimat edib.
Tədbirdə müzakirələr üçün şərait yaradıldı, iştirakçıların suallarına cavab verilib.
Sonra iştirakçılar 4 kiçik qrupa bölünüb. Hər qrupa sual verildi. Qrup üzvləri birlikdə işləyib və təqdimatlar edilib.