“Gənc ailələrə mənəvi dəstək” layihəsinin icrasına başlanırbackend

“Gənc ailələrə mənəvi dəstək” layihəsinin icrasına başlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsilə və Uşaqlara Yardım İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc ailələrə mənəvi dəstək” adlı layihənin icrasına başlayır.

3 ay müddətində Masallı (Ərkivan qəsəbəsi, Seybətin, Şərəfə, Həsənli, Səmidxan kəndləri) r-da həyata keçiriləcək layihənin məqsədi gənclərə milli -mənəvi, əxlaqi dəyərləri mühafizə etməyi, milli ailə dəyərlərinini özündə ehtiva edən müasir ailə qurmağı və qorumağı təlqin etməkdir.

Layihə çərçivəsində qeyd olunan məkanlarda hər tədbirdə 20 nəfər olmaqla 100 nəfər iştirakçını ilə birgə 5 tədbirin keçirilməsi təşkil olunacaq. Xüsusən rayon, qəsəbə və kəndlərdə yaşayan gənclər, orta və yaşlı əhali qrupu, vətəndaş cəmiyyəti üzvləri, bələdiyyə və KİV nümayəndələri layihədə qoyulan mövzularla bağlı məlumatları dinləyəcək, müzakirələr aparacaq, müxtəlif mövzularla bağlı fikirlərini bölüşəcəklər. Yaşlı nəslin nümayəndələri gənclərə öz nəsihətlərini çatdıracaqlar.

İştirakçılardan paylanacaq 2 vərəqdən birində “milli-mənəvi və əxlaqi dəyərləri necə başa düşürsunuz?”, digər vərəqdə isə “ailə təməli hansı amillərə söykənərək qurulmalıdır?” suallarına cavab yazmaları xahiş olunacaq. Müzakirələr zamanı verilən cavablar ümumiləşdirilərək oxunacaq və təhlil ediləcək.

Tədbirdə müzakirələr aşağıdakı mövzular istiqamətində aparılacaq:

•Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz

•Milli ailə və müasir ailələr haqda düşüncələr

•Ailədaxili münasibətlər (hörmət, güzəşt, qayğı, şiddət və s ) və nəticələr- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.

•Boşanmalar və fəsadlar- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.

•Böyüklərin tövsiyyəsi müasir gənclərə nə verir?

•Qarışıq ailələr və milli ailə dəyərləri.

•Qloballaşma və mədəni inteqrasiya şəraitində sosial şəbəkələr- zərurət yaxud milli- mənəvi, əxlaqi dəyərlərə zərbə (Gənclərin ailə həyatı qurmasında , boşanmada və tanışlıq-dostluq və s prosesində rolu)

•Qloballaşma və mədəni inteqrasiya şəraitində KİV–lərin vəzifələri və rolları.

Təşkilat layihədən gözlənilən nəticələri belə təsəvvür edir;

1.Əhali, xüsusən gənclər milli-mənəvi, əxlaqi dəyərlər, eləcə də tarixi köklərimiz haqda daha geniş bilgi əldə edəcəklər.

2. Gənclər milli ailə və müasir ailə haqda fikir mübadiləsi aparacaq, bir daha milli–mənəvi dəyərlərimizin ailələrdə qorunub gələcək nəsillərə ötürülməsində rollarını hiss edəcəklər.

3. Gənclər boşanmalar və fəsadlar haqda düşüncələrini bölüşəcək. Onlar mütəxəsislərin rəyləri və statistik məlumatlarla tanış olacaqlar.

4. Sosial şəbəkələr və ondan istifadə haqda geniş müzakirə aparacaqlar..

5. Gənclər yaşlı nəslin nümayəndələri ilə birlikdə fikir mübadiləsi aparacaq və onların nəsihət və tövsiyyələrini dinləyəcəklər.

6. Layihənin KİV-lərdə işıqlandırılması nəticəsində problem ictimailəşəcək və daha çox əhali problem haqqında məlumatlanacaq.

Baş verə biləcək dəyişikliklər:

1. Gənclər qurduqları və ya quracaqları ailənin başçısı, idarəedici qüvvəsi olduğunu başa düşərək ailə anlayışına daha məsuliyyətlə yanaşacaqlar.

2. Milli ailənin, milli mənəvi və əxlaqi dəyərlərin daşıyıcısı olduğunu və bunun tarixi məsuliyyətini dərk edəcək və həyatlarında tətbiq edəcəklər.

3. Boşanmaların hamıya, xüsusən uşaqların timsalında cəmiyyətə gətirdiyi fəsadların nəticələrini dinləmək, onları gələcək səhv addımlardan qoruyacaqdır.

4. İnsanlar sosial şəbəkələrdən daha səmərəli istifadə edəcəklər.

Layihədən gözlənilən dəyişiklik- müasir ailə modelində milli ailəyə xas olan milli-mənəvi, əxlaqi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün bu günkü gəncliyin rol və vəzifələrini bir daha dərk etmələridir.