Kubadan maraqlı addım…backend

Kubadan maraqlı addım…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Kuba hökumətinə yaxın olan Kcho şəbəkə üçün özünün hökumət tərəfindən icazə verilmiş internet bağlantısından istifadə edir və bunun üçün ayda təxminıən 900 dollar haqq ödəyir.

Kubada əhalinin yalnız 5-25 faizinin internet xidmətinə girişi var. Bu ona görə belədir ki, Kubada bu xidmət son dərəcə bahadır.

Məsələn kafedə 1 saatlıq internet bağlantısı 4,50 dollara başa gəlir ki, bu da orta kubalının bir həftəlik məvacibi deməkdir.

Kcho Associated Press agentliyinə bildirib ki, o, Kuba ailələrini internetə həvəsləndirmək məqsədilə yanvar ayında Havananın qərbində açdığı mərkəzdə pulsuz internet xidməti göstərməyi qərara alıb.

Heykəltəraş Kcho ictimai girişi olan wi-fi xidməti göstərmək üçün hökumətdən icazəsi olan yeganə sənətkardır. Fidel Castronu son dəfə məhz bu rəssamın sərgisində görüblər.

Kubadakı bir çox təhlilçilər bunu, kiçik, lakin potensial baxımdan əjhəməmiyyətli addım hesab edirlər. Buradan aydın olan budur ki, ölkədə hökumətin icazəsi olmadan internet girişi mümkünsüzdür. Bəziləri düşünürlər ki, məhz buna görə də hakimiyyət Kchonun təşəbbüsü vasitəsilə əhaliyə daha geniş internet azadlığı verilməsinin nəticələrini yoxlamaq istəyir.

Odur ki, bütün bunları hələlik kubalılar üçün ümumi internetə giriş hesab etmək olmaz.

Havananın bir sıra yerlərində bəzi qeyri-rəsmi istifadəçilər biznes wi-fi bağlantılarından, habelə qonşuluqda fəaliyyət göstərən qanunsuz şəbəkələrdən fayadalanırlar.
Bütün bunlar hökumətin internet bağlantısına göstərdiyi dözümlülük də sayıla bilər, lakin internet xidməti qiymətlərinin azaldılması və fərdi evlərdən bağlantıya icazə verilməsi kimi addımlar hələlik atılmayıb.

Kuba hökuməti özünün zəif və ya hətta mövcud olmayan telekommunikasiyalar infrastrukturunu inkişaf etdirməyə maraq göstərir.

Kubanın internetə bağlantısı 2013-cü ilin yanvarında, ada Venesuela ilə sualtı kabel vasitəsilə bağlandıqdan sonra xeyli genişlənsə də, ölkə hələlik internetə çıxışına görə dünyada ən geridə qalmış dövlətlətdən biridir.

Bu ilin yanvarından ABŞ Kuba üzərindəki bir sıra sanksiyaların yumşaldılması üçün yeni qaydalar tətbiq edib. Ticarət embarqosu 1962-ci ildə qoyulub.

ABŞ-ın sanksiyaları yumşaltmaq niyyəti çərçivəsində Obama administrasiyası adanın telekommuniskasiyalarının inkişafına kömək göstəriləcəyini vəd edib.

Ötən həftə Etecsa elan edib ki, son 15 ildə ilk dəfə olaraq ABŞ və Kuba arasında birbaşa telefon rabitəsi yaradılıb.

Netflix televiziya və kino translyasiyası xidməti fevral ayında bəyan edib ki, Kubada öz saytını açıb.

Bununla belə, bu xidmətdən istifadə üçün nə qədər kubalının internetə girişi olduğu barədə məlumat yoxdur.

İnterpress.az