Sözü gedən araşdırmanı aparmış həkimlər fertillik və ya hamiləlik üçün problem yaradan bir neçə faktorları müəyyən ediblər. Bunlardan bəziləri xeyli gözlənilməz olub.
Ağır yük qaldırmaq
Harvard Universitetinin araşdırmaları göstərib ki, gecə növbələrində çalışan qadılnlarda olduğu kimi, işi yük qaldırmaqla bağlı olan qadınlarda da yumurta sayı normal qadınlarla müqayisədə 14 faiz aşağı olur.
Sərinləşdirici işkilərin ifrat içilməsi
2016-cı ildə aparılmış bir təcrübə nümayiş etdirib ki, spirtsiz içkilərin aşırı qəbulu qadınların hamilə olmaq şanslarını əhəmiyyətli şəkildə azalda bilər. Alimlər bunu onunla izah edirlər ki, spirtsiz içkilərdə istifadə edilən şirinləşdirici kimyəvi maddələr fertilliyə mənfi təsir göstərir. Belə içkilərin tərkibindəki şəkər də yumurta sayının azalmasına yol açır.
Düzgün yeməklərlə qidalanmamaq (hətta artıq çəkiniz olmasa belə)
Alimlər deyirlər ki, sağlam olmayan pəhriz və piylənmə cütlərin dünyaya övlad gətirməsinə mane ola bilər. Amerikada aparılmış iki tədiqqat göstərib ki, aşırı yağlı qidaların qəbulu yumurtalıqlara ziyan vura və rüşeymin zəifliyinə gətirib çıxara bilər.
Həm piylənməsi olan, həm də olmayan insanların düzgün qidalanmaması fertillik problemi yarada bilər. Yaxşı xəbər budur ki, qadının öz çəkisindən azca atması onun uşağa qalmaq qabiliyyətini iki dəfə artırır. Burada söhbət 4-5 kilodan gedir. Britaniya Fertillik Cəmiyyətinin sədri doktor Adam Balen deyib ki, piylənmə problemi olan qadınlar qidalanmanı günə 1500 kalori azaltmalı və gündəlik qaydada 35-40 dəqiqə aerobika təmrinləri etməlidirlər.
İş gərginliyi
Ötən il keçirilmiş bir elmi təcrübə maliyyə sahəsində çalışan qadınların süni mayalandırmada çox vaxt uğursuz olduqlarını göstərib. Bu maliyyə sahəsindəki gərgin iş rejimi ilə bağlıdır.
İçki saatı
Peşəkar sahələrdə çalışan qadınların kişilər kimi spirtli içki mühitinə düşməsi potensial olaraq onların fertilliyinə mənf təsir göstərir. Danimarkada 21-45 yaşları arasında olan 6000 min qadın üzərində aparılmış araşdırma göstərib ki, həftəyə 7 qədəh şərab içən qadınlarda uşağa qalmaq şansları 18 faiz azalıb. Britaniya səhiyyəsi məsləhət görür ki, uşağa qalmaq istəyən qadınlar spirtli içkilərdən ümumiyyətlə uzaq durmalıdırlar.
Badamcıqların kəsilməsi
2016-cı ildə aparılmış araşdrımadan bəlli olub ki, boğaz badamcıqları və kor bağırsaqları kəsilib çıxarılmış qadınlar başqaları ilə müqayisədə daha fertil olurlar.
15 il bundan əvvəl aparılmış elmi-tədqiqat araşdırması gösrtərib ki, kor bağırsaqları və badamcıqları çıxarılmış qadınların hamiləlik şansları müvafiq olaraq 34 və 49 faiz artıb. Hər iki əməliyyatı keçirmiş qadınlarda isə bu şans 43 faiz yüksək olub.
Yanlış adamla öpüşmək
İtaliyada bu yaxınlarda aparılmış araşdırma göstərib ki, əvvəllər qeyri-fertilliyi heç nə ilə izah olunmayan qadınların 43 faizində HHV-6, yəni dəmrov virusunun olduğu aşkar edilib. Alimlər deyirlər ki, qan analizində görünməyən bu viruslar ağız suyunda olur və adətən elə ağızdan-ağıza keçir.
Çox və ya az yatan kişinin arvadı olmaq
Kişilərin yatmağa ifrat meylliyi və əksinə az yatması da qadınların fertilliyinə mənfi təsir göstərə bilər. Daha doğrusu 9 saatdan çox və 6 saatdan az yatan kişilərdə qadını hamilə etmək qabiliyyəti 40 faiz azalmış olur. Amerikada bu araşdırmanı aparan alimlər deyirlər ki, səbəb çox güman testosteron hormonun gecə ərzindəki işi ilə bağlıdır. Bu da aşkar edilib ki, kişilərin ata olmaq şansları üçün ən yaxşı yuxu normativi gecələr 8 saatdır. (bbc)
İnterpress.az