Azərbaycanlı ixtiraçı dəm qazından zəhərlənməyə son qoydu -EKSKLÜZİV-VİDEObackend

Azərbaycanlı ixtiraçı dəm qazından zəhərlənməyə son qoydu -EKSKLÜZİV-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunun Günəşli kənd sakini Rövşən Abdullayev İnterpress.az-a açıqlamasında su qızdırıcı cihazlardakı dəm qazının insanları zəhərləməməsi üçün yeni üsullar əldə etdiyini bildirib.

Onun sözlərinə görə, su qızdırıcı cihazların daxilində yerləşən mis barmaqlıqlar aşağı hissədə qaz alovunun üzərində yerləşdirilib: \”Bu, o deməkdir ki, həmin barmaqlıqlar alt hissədə onu qızdıran qaz alovunun üzərində yerləşir. Müəyyən müddət ərzində barmaqlıqlar öz orijinal keyfiyyətini itirir və yanaraq əriməyə başlayır və aralıqları birləşir. Nəticədə, həmin mis barmaqlıqlar aşağı hissədə onu qızdıran dəm qazının yuxarıya, yəni, boru vasitəsilə bayıra çıxışına mane olur. Belə olduğu halda, dəm qazı boru vasitəsilə bayıra xaric ola bilmədiyi üçün yerləşdiyi yerə yayılmağa başlayır\”

Usta bildirib ki, güclü təzyiqlə yanan qaz bayıra çıxışı olmadığı üçün eyni zamanda su qızdırıcı cihazın dəmir divarlarını da yandırmağa başlayır: \”Yanan təbii qazın təzyiqli alov şölələri su qızdırıcı cihazın divar qatlarını da yandıraraq yırtır. Dəm qazı həmin yırtıqlar vasitəsilə yerləşdiyi yerə rahat yayıla bilir\”.

R. Abdullayev həmin cihazlardakı dəm qazından qorunmaq üçün öz fikirlərini də bölüşüb. O, bu kimi cihazların hamamlara yerləşdirilməməsini tövsiyyə edib: \” Təbii qazla işləyən su qızdırıcı cihazların hamamda yerləşməsi ölümlə nəticələnir. Həmin mis barmaqlıqlar əriyib birləşdikdən sonra boru vasitəsilə bayıra xaric ola bilməyən dəm qazı hamama yayılır. Nəticədə bədbəxt hadisələr meydana gəlir. Ona görə də, mümkün qədər cihazların ev şəraitində yerləşdirilməməsi lazımdır. Əgər, hamama yerləşdirilirsə, o zaman hamamın tavanından ən azı iki ventilyasiya cihazları quraşdırılmalıdır. Çünki dəm qazı xaric olduqca yuxarı qalxır. Ventilyasiyalar isə yerləşdiyi məkanda hava qatını zəhərli qazlardan təmizləyir\”.

R. Abdullayev həmçinin bildirib ki, qazla işləyən su qızdırıcı cihazlar minimum 3 aydan, maximum 6 aydan bir təmizlənməlidir.

Azərbaycanlı ixtiraçı dəm qazından zəhərlənməyə son qoydu -EKSKLÜZİV-VİDEO

Azərbaycanlı ixtiraçı dəm qazından zəhərlənməyə son qoydu -EKSKLÜZİV-VİDEO

Azərbaycanlı ixtiraçı dəm qazından zəhərlənməyə son qoydu -EKSKLÜZİV-VİDEO

Azərbaycanlı ixtiraçı dəm qazından zəhərlənməyə son qoydu -EKSKLÜZİV-VİDEO

Azərbaycanlı ixtiraçı dəm qazından zəhərlənməyə son qoydu -EKSKLÜZİV-VİDEO

İnterpress.az