İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan \”ShushaPost.az – 2 dildə informasiya portalının təkmilləşdirilməsi və inkişafı” adlı layihənin əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv cəmiyyətə çatdırmaqdan ibarətdir. ShushaPost.az saytı 3 ilə yaxındır ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının daxili imkanları hesabına yalnız Azərbaycan dilində fəaliyyət göstərib. Şura 2 aylıq layihə çərçivəsində saytın rus dili versiyasının da yaradılmasına imkan yaradıb.
Tədbiri giriş sözü ilə \”Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Marketinq şöbəsinin rəhbəri Leyla Kərimova açaraq təmsil etdiyi qurum haqqında iştirakçılara geniş məlumat verdi.
Daha sonra \”Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova çıxış edərək bu kimi layihələrin həyata keçirilməsinin vacibliyindən danışdı. T.Məmmədova rəhbərlik etdiyi qurumun bu və bu kimi mövzulara hər zaman həssas yanaşıldığını, bu istiqamətdə müxtəlif layihələrin reallaşdırdığını diqqətə çatdırdı.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov isə çıxışında layihə haqında geniş məlumat verdi. ShushaPost.az saytının 3 ilə yaxındır ki, yalnız Azərbaycan dilində fəaliyyət göstərdiyini dedi: \”ShsushaPost.az saytı ilkin mərhələdə 2016-cı ildə Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində yaradılıb. Lakin layihə bitdikdən sonra da biz ASGA olaraq layihəni dayandırmadıq və bu illər ərzində öz şəxsi imkanlarımız hesabına ayaqda saxladıq. Mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz dərin təşəkkürümü bildirirəm. hesab edirəm bu layihəyə dəstək bundan sonra da olacaqdır”
Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə münaqişə ətrafında baş verən proseslərə saytların müdaxiləsinin mütləq olduğunu dedi.
Sonra gənc alim, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərə innovativ yanaşmanın vacib olduğunu dedi. O, bu proseslərdə yeni medianın rolunun vacib olduğunu bildirdi.
Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili isə çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gənclər arasında təbliğinin vacib olduğunu dedi.
Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri müxtəlif dillərdə beynəlxalq tribunalara daşınmasının vacib olduğunu dedi.
Məlumat üçün qeyd edək ki, tədbirdən sonra 20-yə yaxın sayt rəhbəri, politoloqlar, ekspertlər mövzu ətrafında disskusiya aparıblar.
Sonra tədbirin bədii hissəsinə start verilib. Balaca fidanların hazırladıqları vətənpərvərlik kompozisiyası tədbir iştirakçılarında xoş əhval–ruhiyyə yaradıb.
İnterpress.az
https://youtube.com/watch?v=K14hQ0n2dbw