Avropa Qarabağın minalardan təmizlənməsi prosesinə qoşulur – Nə qazanacağıq?backend

Avropa Qarabağın minalardan təmizlənməsi prosesinə qoşulur – Nə qazanacağıq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı prezidenti Şarl Mişelin Qarabağa dair bəyanatında humanitar minatəmizləmə səylərinə dəstək ifadə edilib. Buradan belə qənaətə gəlmək olar ki, Aİ tərəfindən Azərbaycanının minatəmizləmə fəaliyyətinə dəstək veriləcək.

Avropa İttifaqı kimi nüfuzlu bir qurumun işğaldan azad olunmuş ərazilərimizin minalardan daha tez təmizlənməsi istiqamətində təşəbbüslə çıxış etməsi Azərbayacana nə vəd edir? 

Avropa İttifaqının minatəmizləmə kampaniyasına qoşulması bu prosesi sürətləndirə bilərmi?

Ümumiyyətlə, qurumun dəstəyi nədən ibarət ola bilər?

Polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenisabah.az-a açıqlamasında deyib ki, NATO ilə minatəmizləmə əməliyyatlarına dair əvvəllər də təcrübəmiz olub:

“Əslində bizim Avropa strukturları ilə, ələlxüsus da NATO ilə minatəmizləmə əməliyyatlarına dair əvvəldən təcrübəmiz var idi. Sovet İttifaqı dağılmamışdan öncə Azərbaycanın silah anbarları ətraflarında minatəmizləmə ilə bağlı əməkdaçşlıq edirdik.

İndiki mərhələdə məqsəd ondan ibarətdir ki, əgər Azərbaycan bu prosesi zəruri hesab edərsə, minatəmizləmə əməliyyatlarına cəlb olunan müasir metodların, avadanlıqarın ərazilərdəki minatəmizləyən qurumlara dəstəyi baxımından təkliflər olunacağı mümkündür”.

Ekspertin sözlərinə görə, NATO bizimlə əməkdaşlıq etmək istəsə, Türkiyə üzərindən edəcək:

“Artıq Türkiyə Silahlı Qüvvələrinin əməkdaşları da minatəmizləmə əməliyyatında bizə dəstək olur. NATO da bizimlə əməkdaşlıq etmək istəsə, Türkiyənin üzərindən etmiş olacaq. Minatəmizləmə əməliyyatlarında istifadə olunan avadanlıqların, texnikaların, şəxsi heyətin cəlb olunması bu xətt üzərindən gedəcək. Buna ehtiyac var.

Ermənistanın Azərbaycana verdiyi mina xəritələri dəqiqliyi şübhə altındadır. Görünən odur ki, bu xəritələr bizim heç bir işimizə yaramır. Sadəcə Ermənistan bunu siyasi alver predimentinə çevirib”.

E.Şıxəliyev qeyd edib ki, NATO bizə maliyyə, şəxsi heyət və texnika üzərindən dəstək verə bilər:

“Ərazilərin təmizlənməsini ora cəlb olunan şəxsi heyət və texniki avadanlılqarının sayının artırılması ilə tez başa çatdıra bilərik. Bu o deməkdir ki, qısa zamanda ərazilərin təmizlənməsi texniki avadanlıqların artırılması ilə mümkündür. Ən yaxın proqnozlara görə, görsənən odur ki, biz normal halda bu əraziləri 10-15 ilə təmizləyə bilərik. NATO-nun, Avropa İttifaqının və digər qurumlarının Azərbaycana praktiki olaraq dəstək verməsi ilə bunu 5-7 ilə qısaltmaq mümkündür.

İstənilən halda  Avropa İttifaqının bizə verəcəyi dəstək iki istiqamətdə ola bilər. Maliyyə, bir də texniki və şəxsi heyət üzərindən. İlkin mərhələdə bu bir danışıqlar idi. Arxasında onların nə təklif edəcəyi, bizim nə qəbul edəcəyimiz önümüzdəki aylarda aşkarlanacaq”.