Fələstin BMT TŞ-ni İsrailin yeni hökuməti ilə fərqli davranmağa çağırıbbackend

Fələstin BMT TŞ-ni İsrailin yeni hökuməti ilə fərqli davranmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur BMT Təhlükəsizlik Şurasını Fələstin xalqını qorumaq üçün İsrailin yeni hökuməti ilə fərqli şəkildə davranmağa çağırıb.

O, İsrailin yeni hökumətini “faşist” adlandırıb.

R.Mansur BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlamasında deyib ki, bazar ertəsi günündən keçmiş baş nazir Binyamin Netanyahunun rəhbərlik edəcəyi gözlənilən yeni İsrail hökumətinin Fələstin xalqına qarşı hücumları artacaq:

“Biz çox təhlükəli vəziyyətdəyik və pisdən daha da pisə doğru gedəcəyik. İsrail tərəfində kabinet postlarını tutanların hamısı faşistlər olacaq”.

R. Mansur Netanyahu hökuməti ilə hələlik heç bir müzakirə aparılmadığını bildirib.