Azərbaycan Prezidenti Ilham Əliyevin ötəngünkü çıxışı həqiqətən də bir çox məqamlar baxımından diqqət çəkirdi. Xüsusilə də çənab Prezident Qərb-Azərbaycan münasibətləri və Qərbin regiona baxış bucağı ilə bağlı mühüm detallar verdi. Nəzərə almaq lazımdır ki, Qərb bu günə qədər regionda sülhün əldə edilməsi istiqamətində müxtəlif təşəbbüslər irəli sürsə də, reallıq ondan ibarətdir ki, Fransa başqa olmaq üzrə bir sıra Qərb ölkələri regionda sabitliyin və sülhün olmasını istəmirlər və bu da Azərbaycanın maraqları çərçivləsində deyil.
Bu fikirləri Qərbin Cənubi Qafqaza müdaxilələri ilə bağlı Prezident İlham Əliyevin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumundakı mesajlarını şərh edən politoloq Turan Rzayev İnterpress.az– a açıqlamasında deyib.
Politoloq bildirib.ki, Fransa başda olmaqla, bir sıra ölkələrin regiona baxış bucaqları ciddi mənada təhlükəlidir.
“Təsadüf deyil ki, bu gün Fransa-Azərbaycan münasibətlərinin pisləşməsinin də təməlində dayanan faktor rəsmi Parisin Cənubi Qafqaza baxış bucağının fərqli olmasıdır. Hesab edirəm ki, ölkə başçısının Qərblə bağlı dediyi məsələlər aktualdır və müasir dövrün reallıqları əsasında irəli sürülüb.
Bizim Qərblə xüsusi bir problemimiz yoxdur. Təəssüf ki, bir sıra Qərb ölkələri var ki, təbii, hamıya aid eləmirik, Fransa başda olmaqla, onların regiona baxış bucaqları ciddi mənada təhlükəldir..
Bu gün Azərbaycan və Ermənistan arasında söhb prosesi istiqamətində addımlar atılır. İki ölkə arasında mühüm sazişlər var, razılıqlar əldə edilib. Bura xüsusilə biz Qazaxın dörd kəndinin bir güllə belə atılmadan, qeyd-şərtsiz qaytarılmasını misala gətirə bilərik. Bu, əslində delimitasiya prosesi baxımından olduqça müsbət bir addımdır və növbəti mərhələdə sərhədlərin delimitasiyasının daha uğurlu və effektiv icra edilməsi üçün mühüm nəticə olacaq.
Sülh müqaviləsi istiqamətində də cənab Prezident ciddi mesajlar verdi. O, heç vaxt sülhə bu qədər yaxın olmadığımızı bəyan etdi. Yəni, bu onu göstərir ki, iki ölkə arasında rəsmi və qeyri-rəsmi danışıqlar masasında bir sənəd var və bunun 70-75%-i hazırdır, razılaşdırılıb. Təbii ki, müəyyən məqamlar var ki, onların üzərində işlər gedir.
Hesab edirəm ki, bu işlər də yaxın zaman ərzində bitəcək və biz sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”, – politoloq fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az