“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB Azərbaycan səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıbbackend

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB Azərbaycan səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb.

İnterpress.az xəbər verir ki, bəyanatda deyilir:

“27.01.2023-cü il tarixdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumu və nəticədə səfirliyin bir əməkdaşının həlak olması, daha iki əməkdaşının isə yaralanması hadisəsini qəti şəkildə pisləyir və bunu ölkəmizə qarşı terror aktı kimi dəyərləndiririk. Bəyan edirik ki, silahlı hücumun şəxsi zəmində baş verdiyi  barədə İran polisinin və rəsmilərinin verdiyi açıqlamalar məsuliyyətdən yayınmaq cəhdidir və bu cür addımlar bir daha göstərir ki, Azərbaycan səfirliyi məqsədli şəkildə hədəf kimi seçilib.

Xatırladırıq ki, “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. İran tərəfi “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasından irəli gələn məsələlərə uyğun olaraq səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.

Diqqətə çatdırırıq ki, son vaxtlar bir çox yüksək rütbəli İranın ruhaniləri, hərbçiləri, parlament üzvləri, məmurları və keçmiş diplomatları Azərbaycan Respublikası ilə bağlı əsassız iddialar irəli sürməklə, həmçinin həqiqətdən uzaq fikirlər və rəylər söyləməklə ölkəmizə qarşı nifrət mühiti yaratmağa çalışblar, aqressiv hərəkətlərə təhrik ediblər. Azərbaycanın tarixini təhrif edən, ərazi bütövlüyünə və suverenliyinə təhdid sayılacaq mülahizələrlə çıxış ediblər. Təəssüf ki, Azərbaycanın bu məsələlərlə bağlı təmkinli mövqeyi və addımlarına İran rəsmi dairələri tərəfindən adekvat reaksiya verilməyib. Azərbaycan səfirliyinə hücum bu ziyanlı təbliğat və təşviqatın da bəhrəsi kimi dəyərləndirilə bilər.

Səfirliyimizə qarşı bu terror aktının tezliklə ədalətli şəkildə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik. İran dövləti məsuliyyətdən yayınmaq üçün addımlar atmaqda davam etsə, bu, İranı terrorçu dövlət kimi tanıdacaq və müvafiq hüquqi və siyasi nəticələrə səbəb olacaq”.