Gürcüstanda Azərbaycan Təhsil İşçilərinin “İnkişaf və karyera” seminarı baş tutdu – FOTOLARbackend

Gürcüstanda Azərbaycan Təhsil İşçilərinin “İnkişaf və karyera” seminarı baş tutdu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılğı ilə Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil işçiləri Tbilisiin Şərq Qərb Universitetində “İnkişaf və karyera” seminarında iştirak ediblər.

İnterpress.az xəbər verir ki, proqram iştirakçıları Gürcüstanın ən nüfuzlu universitetlərindən olan Şərq Qərb Universitetini ziyarət ediblər.

Şərq Qərb Universitetinin rektoru Şalva Petriaşvili Azərbaycandan gələn heyətə təhsil ocaqlarındakı şərait və universitetlərində tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat verib.

Daha sonra azərbaycanlı müəllimlər təlimlərdə iştirak edərək təhsildə texnoloji yeniliklər və məktəbin idarəolunması mövzusunda təlimlərdə iştirak edərək, təhsildəki son akademik yeniliklər barədə məlumatlandırılıblar.

Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda gürcüstanlı həmkarlarına məlumat veriblər.

Sonda proqram iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılğı və “Peak Network”un tərəfdaşlığı ilə Şərq Qərb Universitetində keçirilən “İnkişaf və karyera” seminarında Bakı və Quba şəhərlərindən məktəb rəhbərləri, müəllimlər, QHT təmsilçiləri iştirak ediblər.