Həkimlər dəri xərçənginin bütün bədənə yayılmasına kömək edən zülal aşkar ediblərbackend

Həkimlər dəri xərçənginin bütün bədənə yayılmasına kömək edən zülal aşkar ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər melanomanın bütün bədənə yayılmasına kömək edən zülal aşkar ediblər.

“Report”un məlumata görə, bu barədə “Nature Cell Biology” jurnalında məqalə dərc olunub.

Melanoma, digər insan orqanlarına effektiv metastaz vermək qabiliyyəti ilə xarakterizə olunan ən çox yayılmış dəri xərçəngidir.

Tədqiqat zamanı elm adamları melanoma hüceyrələrini nüvələrindən daha kiçik olan süni membrandakı məsamələrdən keçməyə məcbur ediblər. Tədqiqat üçün iki növ hüceyrə seçilib – aqressiv və qeyri-aqressiv.

Melanoma olan bir xəstədə metastaz yerindən aqressiv hüceyrələr, eyni xəstənin orijinal və ya “ilkin” şişindən daha az aqressiv hüceyrələr götürülüb. Metastaz vermək üçün xərçəng hüceyrələri ilkin şişdən qopmalı, bədənin başqa bir hissəsinə getməli və orada böyüməyə başlamalıdır.

Bununla belə, şişin sıx ətrafı xərçəng hüceyrələrini fiziki cəhətdən çətinləşdirir. Əvvəla, hüceyrə hərəkətləri içərisində nisbətən sərt bir nüvənin olması ilə məhdudlaşır.

Miqrasiya təcrübələrindən sonra aparılan təsvirlər göstərib ki, aqressiv hüceyrələr məsamələrdən az aqressiv olanlara nisbətən daha səmərəli hərəkət edərək nüvənin kənarında qabarıqlıqlar əmələ gətirir.

Müəlliflər ümid edirlər ki, bu məlumat melanomaya qarşı daha effektiv terapiyanın inkişafına imkan verəcək.