Hər bir zəfər tarixi Azərbaycanın tarixi ədaləti uğrundakı qələbəsidirbackend

Hər bir zəfər tarixi Azərbaycanın tarixi ədaləti uğrundakı qələbəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir zəfər tarixi Azərbaycanın tarixi ədaləti uğrundakı qələbəsidir

Qubadlı rayonlarının işğaldan azad olunması zəfər tarixidir: “20 oktyabr 2020 ci il Zəngilan, 25 oktyabr Qubadlı rayonunun erməni işğalından azad olunmasının bir ili tamam olur. Düz bir ildir ki, həmin torpaqlarda azan səsi eşidilir, Azərbaycan bayrağı dalğalanır. Çünki Azərbaycanın şanlı ordusu, əvəzsiz xidmətləri ilə regionda sülhü və əmin-amanlığı yaradan cənab Prezident İlham Əliyev kimi dayağı var.
Xatırladaq ki, 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib.
İllərdir ikili standartları təbliğ edən beynəlxalq dairələr bu real faktları artıq görməzdən gələ bilməz. 44 günlük Qarabağ müharibəsi zamanı da, müharibədən sonrakı dövrdə də, cənab Prezidentin beynəlxalq mətbuata verdiyi əsaslı müsahibələr birmənalı olaraq, dünya ictimaiyyətinin gözlərini açmağa, gərçəkləri görmələri üçün həqiqətən böyük vəsilə oldu. Bunu danmaq olmaz. Bu müsahibələr mənəvi baxımdan Azərbaycanın beynəlxalq arenadakı rolunu gücləndirdi. Cənab Prezident Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq, öz təhlükəsizliyini təmin etmək, işğala son qoymaq və regionda terrora qarşı mübarizə aparmaq kimi hüququna sahib olduğunu bütün dünyaya göstərdi. Ona görə də, sadəcə Qubadlı və ya Zəngilan deyil, ümumiyyətlə erməni işğalından azad olunan hər bir rayonumuzda, Azərbaycan bayrağı dalğalanan hər qarış torpağımızda tarixi ədalətin bərqərar olunması sadəcə Azərbaycan üçün deyil, ümumilikdə regionun zəfər tarixi kimi dəyərləndirilməlidir”.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir

İşğaldan keçən 27 il ərzində Qubadlı rayonu ərazisində ictimai binalar, yollar, körpülər, həmçinin tarixi və mədəni abidələr demək olar ki, bütünlüklə ciddi dağıntılara məruz qalıb. Qubadlı şəhəri və rayonun əksər kəndləri işğal edildiyi gündən erməni vandalları tərəfindən dağılıb və yandırılıb.
Rayonunun qədim daş dövrünə aid abidələri içərisində Bərgüşad çayı sahilində yerləşən mağaranı, rayon mərkəzindən 20 kilometr şimalda yerli əhalinin pir adlandırdığı dini inanc yeri olan “Ağ kaha” və “Qara kaha” mağaralarını, Balahəsənli, Əliquluuşağı kəndlərində və Gavur dərəsində mağara məbədləri xüsusilə qeyd etmək olar. Tunc dövrünə aid abidələr içərisində isə Muradxanlı kəndində “Maltəpə” yaşayış məskənini, Teymur Müskanlı və Əliquluuşağı kəndləri ətrafında siklopik qalaları, kurqanları, Qalaça, Qız qalası, Koroğlu qalası, Qubadlı şəhərinin mərkəzində “Xırman yeri” təpəsi və digər tarixi yer-yurd məkanlarını göstərmək olar. Erməni işğalçıları tərəfindən Qarabağın digər tarixi və mədəni abidələri kimi, Qubadlının da tarixi abidələrinin bir çoxu hərbi məntəqə kimi istismar olunub və ya məhv edilib. Qubadlı şəhərinin mərkəzində xalq qəhrəmanları Qaçaq Nəbi və onun həyat yoldaşı olan kişi qeyrətli Həcər xanımın şərəfinə qoyulan xatirə abidələri rayon ərazisi işğal edildiyi ilk günlərdə dağıdılıb. Rayon ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidələrin hamısı yerlə-yeksan edilib.
Qubadlı rayonu ərazisində bölgənin yerli əhalisi olan Azərbaycan türklərinin əcdadları olan Oğuz türklərinə aid xeyli sayda qoç və at heykəlləri aşkarlanıb. Qubadlı şəhəri yaxınlığında bir çox qədim qalaların bu günədək gəlib çatmış qalıqları, Yazı düzündə, Əliquluuşağı kəndi yaxınlığında V əsrə aid Göy qala, həmçinin Muradxanlı kəndi ərazisində Qalalı istehkam kompleksi qədim türk boylarının yadelli hücumlarına qarşı igidcəsinə mübarizə aparmasının bariz nümunəsidir.
Ermənistanın işğal altında saxladığı ərazilərimiz–kənd və qəsəbələr, şəhərlər 30 il ərzində viran qoyulub, infrastruktur, maddi-mədəni abidələr dağıdılıb, təbii sərvətlər talan edilib.  Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dekabrın 23-də işğaldan azad edilən Qubadlı və Zəngilan rayonlarına səfərlərində də bunun bir daha şahidi olduq. Qubadlıya gedən yolda avtomobili özü idarə edən Prezident İlham Əliyev yağı tapdağından qurtulan torpaqlarımızda dağıdılan evlərin, tarixi-dini dəyərlərimizin, hətta sovet vaxtından qalan, İkinci Dünya müharibəsinə həsr edilən abidənin, bağ-bağçaların acı mənzərəsini görüb düşmənin bu cinayətlərə görə cavab verəcəyini bildirdi. Dövlətimizin başçısı daha sonra qəsbkarın yerlə-yeksan etdiyi Göyərçin kəndini göstərib dedi: “Erməni faşistlər tərəfindən dağıdılıb. Heç İkinci Dünya müharibəsi zamanı faşistlər belə vəhşilik törətməyiblər. Görün, biz hansı vəhşi düşmənlə üz-üzə idik, biz hansı şər qüvvələri məğlub etdik.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir

Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon ilə birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Qubadlı rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Qubadlı rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.
Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir.
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır.
Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Qubadlıların timsalında bütün Azərbaycan xalqı ordumuza və ordumuzun Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq hissini bildirir.

Vətən məhəbbəti, vətənpərvərlik haqqında danışarkən Səməd Vurğunun bu sözləri yada düşür: “Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar”.
Vətən müqəddəsdir, Vətən pakdır. Vətən ülvidir. Vətən sevənlərin gözü bulaq suyu tək safdır, aydan arı, sudan durudur. Vətən ana südü qədər şirin, ana qucağı tək isti, ana nəfəsi kimi doğmadır, əzizdir.
Uzun illər Vətənimiz Azərbaycan özünün mürəkkəb və çətin dövrünü yaşadı. Bir milyon yurddaşımız qaçqın həyatı keçirdi. Lakin Azərbaycan xalqı heç vaxt ruhdan düşmədi və biz ürəkdən inanırdıq ki, çox tez bir zamanda torpaqlarımız azad ediləcək, mənfur düşmən üzərində qələbə qazanacaqdır.
Vətən müharibəsindəki Qələbə bütün Azərbaycan xalqının, qeyrətli oğul və qızlarımızın Vətən qarşısındakı andı, nisgilli Qarabağımızın qarşısındakı əhdi, ilqarı idi. Vətəni müdafiə ideyası hər zaman bizim hər birimizin mübarizə və qələbə devizimiz, həyat bayrağımızdır.
25 oktyabr 2021-ci il- Qubadlı rayonunun düşməndən azad olunmasından bir il ötür. Digər azad olunmuş bölgələrimiz kimi qubadlının da azad olunması döyüş meydanında üstünlüyü daha da gücləndirdi. Azərbaycanın bir necə bölgəsində məskunlaşan Qubadlı sakinləri qeyd edirlər ki, 27 il həsrətində olduqları doğma torpaqlarına qayıdacağı günü həsrətlə gözləyirlər. Onların sevincinin həddi –hüdudu yoxdur. Tezliklə torpaqlarına qayıtmaq, cənnət diyarının havasını udmaq, Həkərinin suyundan içmək arzusu onları həyata daha çox bağlayır. Artıq həmin gün gerçəkləşib. Qubadlılar öz doğma yurdlarına qayıdacağı günləri səbirsizliklə gözləyirlər və inanırlar ki, uzaqgörən siyasətçi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz arzularına çatacaqlar. Qubadlıların timsalında bütün Azərbaycan xalqı ordumuza və ordumuzun Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq hissini bildirir.

Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

2020-Cİ İL 23 DEKABR TARİXİNDƏ PREZİDENT İLHAM ƏLİYEV QUBADLIDA AZƏRBAYCAN BAYRAĞINI UCALTDI

İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır, onların hamısı yenidən qurulacaq, əvvəlki şöhrətlərini bərpa edəcəklər. İşğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə həyat canlanacaq.
23 dekabr 2020-ci il tarixdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan və Qubadlı rayonlarına səfər etdilər. Əvvəlkilər kimi bu da sıradan bir səfər deyildi. Bu, İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi işğaldan azad etdiyi rayonlarımıza tarixi səfəri idi. Bu, “Qarabağ Azərbaycandır!” deyən və onu reallığa çevirən İlham Əliyevin qələbəsinin təntənəsi olan səfər, xalqımızın 44 günlük müharibədəki Zəfər sevincinin məntiqi davamı idi.
Bu səfər həm də dönüş idi, doğma torpaqlarımıza Böyük Qayıdışın rəmzi, gələcəyə baxışımızın ifadəsi idi. “Otuz il ərzində işğal altında olan torpaqlar öz sahiblərinə qayıdıb. Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq”, – deyən İlham Əliyev bir daha Qarabağdan torpaqlarımızın azadlığının, onun əsl sahiblərinin artıq qayıtdığının müjdəsini verdi bütün dünyaya.
Cəbrayıldan Zəngilan və Qubadlıya doğru uzanan yollarda Mehriban xanım Əliyevanın etdiyi çəkilişlər bir daha məlum həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Bəli, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq. Tarixdən də bəllidir ki, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olublar.
İlham Əliyev bu dəfə Azərbaycan bayrağını Qubadlıda ucaltdı. Müzəffər Ali Baş Komandan bir daha bütün dünyaya göstərdi ki, işğaldan azad olunmuş bu torpaqlar Azərbaycan dövlətinin ərazisidir. Beləliklə, “Qarabağ Azərbaycandır!” bəyanatının növbəti nidası Qubadlıda qoyuldu.
Qubadlı rayonunun azad edilməsi ordumuzun bu istiqamətdəki hərbi əməliyyatlar zamanı strateji üstünlüyünü təmin etdi. Prezident İlham Əliyev tərəfindən bu rayonun azad olunmasının elan edilməsi bütün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı.
Qubadlının tarixi Azərbaycan əraziləri, qədim yurd yerlərimizdir. Bu torpaqların hər qarışında, hər addımında zəngin və şərəfli tariximizin, milli-mədəni və mənəvi dəyərlərimizin izi var. Tökülən şəhid qanları ilə bu torpaqlar daha da müqəddəsləşdi. Tezliklə işğaldan azad olunan hər bir rayonda həyat yenidən canlanacaq və İlham Əliyevin yüksəliş siyasətinin təntənəsi olan Qubadlıda, və bütün Qarabağda yaşanacaq.
25 oktyabr Qubadlı rayonunun erməni işğalından azad olunmasının bir ili tamam olur. Düz bir ildir ki, həmin torpaqlarda azan səsi eşidilir, Azərbaycan bayrağı dalğalanır. Çünki Azərbaycanın şanlı ordusu, əvəzsiz xidmətləri ilə regionda sülhü və əmin-amanlığı yaradan cənab Prezident İlham Əliyev kimi dayağı var.
Sadəcə Qubadlı deyil, ümumiyyətlə erməni işğalından azad olunan hər bir rayonumuzda, Azərbaycan bayrağı dalğalanan hər qarış torpağımızda tarixi ədalətin bərqərar olunması sadəcə Azərbaycan üçün deyil, ümumilikdə regionun zəfər tarixi kimi dəyərləndirilməlidir.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Qubadlının işğaldan azad edilməsi.

27 ildən çox bir müddət ərzində erməni tapdağı altında inləyən, əzilən torpaqlarımızdan biri də Qubadlı olmuşdur. Uzun illər mənfur düşmənin istismarında olan gözəl guşələrimizdən biri olan Qubadlı şəhəri dəfələrlə işğalçı qüvvələrin hücumlarına məruz qalmışdır. İşğal dönəmində Qubadlının kəndləri, qəsəbələri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Qadın, uşaq daxil olmaqla, çoxlu sakin öldürülmüş, əsir götürülmüş, bir çoxlarının taleyindən bu günədək heç bir məlumat yoxdur.
Şükürlər olsun ki, 44 gün davam edən Vətən savaşında ordumuz şanlı tarix yazdı. İşğal olunmuş torpaqlarımız daxil olmaqla 25 oktyabr 2020-ci il tarixdə Qubadlı şəhəri düşmən tapdağından azad olundu. Uzun illər əzab çəkən, ağrılı insanların, bütün Azərbaycan xalqının qisası alındı. Cənab Ali Baş Komandanın öz dilindən səslənən zəfər müjdəsi bu günədək çəkilən bütün ağrı-acıları bir anlıq unutdurdu.
Bu qələbə sərkərdənin qətiyyəti və dönməzliyi, igid Azərbaycan əsgərinin şücaəti və mətanəti sayəsində əldə edildi. Bizə yaşatdıqları bu sevincə görə qanından, canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq. Qarabağ Azərbaycandır!

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Qubadlı rayonunun coğrafi mövqeyi və təbiəti

30 ilə yaxındır ki, Azərbaycan tarixi qan ağlayırdı. Xalqımızın ürəyi acıyla döyünür , torpaq həsrəti ilə sızıldayırdı. Çünki 20 faiz torpaqlarımız düşmən və oğru Ermənistanın tapdağı altında idi. Xalqımız Xankəndi, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan kimi cənnət guşələrimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət illərdir arzusunda olduğumuz o günlər gəldi! Ali Baş Komandanımiz, Azərbaycan Respublikasının Prezidenti ,cənab İlham Əliyevin məqsədyönlü siyasəti və Şanlı Ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalandı. Qubadlı rayonu 1 şəhər və 93 kəndi əhatə edir. 31.08.1993-cü ildə Erməni hərbi birləşmələri tərəfindən işğal olunub. 25.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Rayonun ərazisi Qarabağ silsiləsinin cənub-qərb, Bərgüşad silsiləsinin şərq və Qarabağ yaylasının cənub-şərq hissəsinə daxildir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Bazarçay, Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri var. Meşələrin sahəsi 13,2 min hektardır. Səthi, əsasən dağlıqdır. Ən hündür nöqtəsi Topağac yüksəkliyidir. İqlimi, əsasən mülayim, isti quru subtropikdir. 1966-cı ildə rayonda 20 min hektar sahəsi olan Qubadlı Dövlət Təbiət yasaqlığı yaradılmışdır. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, qorumaq olmuşdur. Qubadlı rayonu şəlalələr, mağaralar, mineral bulaqlar, kanyonlar kimi geoloji təbiət abidələri ilə çox zəngindir.
Bu gün hər birimiz böyük qürur hissi ilə deyirik ki, Qubadlı bizimdir! Qarabağ Azərbaycandır.

Vəfa Bayramova – Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Qubadlı əməliyyatı

Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. 2020-ci ilin Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizi qələbəyə yaxınlaşdırdı. Qubadlı uğrunda şəhidlər verdik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Şükür Həmidov Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra almışdı. Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. Şəhərin girəcəyindəki yüksəklikdə düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. İlk növbədə, ermənilərin istehkamları məhv edilməli idi.
Qubadlını azad etmək üçün, ilk növbədə, bu yüksəkliklər azad üdilməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Eyni zamanda, Ermənistan ərazisindən bizə atəş açılırdı. Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tuturdular. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib,ilk növbədə, şəhərə hakim olan yüksəklikləri , ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşmən işğalından azad etdi.

Şəhla Eminova –əməkdar müəllim

 

Rayonun coğrafi mövqeyi və təbiəti

Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Qubadlı rayonunun sahəsi 802 kvadrat-metr, əhalisi işğaladək dövrdə 31 min nəfər idi. Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac yüksəkliyidir. (Dəniz səvviyəsindən 2003 metr yüksəklikdədir). İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axırlı Həkəri və Bərgüşad çayları keçir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır.
Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı. Qubadlı qədim insan məskənlərindəndir. Tapılmış maddi mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir. Qubadlı şəhəri ərazisində aşkar olunmuş “Xırman yeri”, Əliquluuşağı kəndində aşkar olunmuş “Qalaça”, “Koroğlu qalası”, Muradxanlı kəndi ərazisində “Mal təpə” abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr işğal altında olduğu dövrdə erməni vandaliziminə məruz qalmışdırlar. Artıq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Zəfər qazandıqdan sonra digər azad olmuş ərazilərimiz kimi burdada abadlıq işlərinə başlanılmışdır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Qubadlı rayonunun işğalı nəticəsində rayon əhalisinə və dövlətə vurulmuş maddi və mənəvi zərər

Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. (1915, 1918, 1920) Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar.
1988-ci ildən başlayaraq Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonuna hər tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid verilib. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülüb. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşdılar. Rayonun 1,2 milyard ABŞ dollar dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilib.
Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.
Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. Nəhayət 2020-ci ilin Oktyabrın 25-də Qubadlı şəhəri Ali Baş Komandınımızın rəhbərliyi ilə Şanlı ordmuz tərəfindən azad edildi.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru

 

2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı

Torpaqlarmızn düşmən tapqağından azad olunduğ günlərin hər biri ayrı ayrılıqda zəfər tarixidir. 25 oktyabr Qubadlı rayonunun erməni işğalından azad olunmasının bir ili tamam olur. Düz bir ildir ki, həmin torpaqlarda azan səsi eşidilir, Azərbaycan bayrağı dalğalanır. Çünki Azərbaycanın şanlı ordusu, əvəzsiz xidmətləri ilə regionda sülhü və əmin-amanlığı yaradan cənab Prezident cənab İlham Əliyev kimi dayağı var.
Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Qubadlı rayonunda erməni işğalı nəticəsində  dağıdılmış infrastruktur, məhv edilmiş mədəni abidələr, xarabalığa çevrilmiş əraziləri görürük. Bu görüntü hesab edirəm bütün dünyaya illərdir istehsal olunan erməni yalanlarını ifşa edir. Heç kim öz torpağını, öz evini xarabalığa çevirməz. Heç kim həmin ərazilərdəki mədəniyyət abidələrinə zərər verərək, tarixi saxtalaşdırmaz. Bunu sadəcə barbarlar, işğalçılar, terroristlər, separatçılar, nasist təfəkkürlü, faşist psixologiyasına sahib məxluqlar edər.
İllərdir ikili standartları təbliğ edən beynəlxalq dairələr bu real faktları artıq görməzdən gələ bilməz. 44 günlük Qarabağ müharibəsi zamanı da, müharibədən sonrakı dövrdə də, cənab Prezidentin beynəlxalq mətbuata verdiyi əsaslı müsahibələr birmənalı olaraq, dünya ictimaiyyətinin gözlərini açmağa, gərçəkləri görmələri üçün həqiqətən böyük vəsilə oldu. Bu müsahibələr mənəvi baxımdan Azərbaycanın beynəlxalq arenadakı rolunu gücləndirdi. Cənab Prezident Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq, öz təhlükəsizliyini təmin etmək, işğala son qoymaq və regionda terrora qarşı mübarizə aparmaq kimi hüququna sahib olduğunu bütün dünyaya göstərdi.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru