İstanbulda “Qarabağda erməni vandalizminin izləri” adlı simpozium və fotosərgi keçirilib – FOTObackend

İstanbulda “Qarabağda erməni vandalizminin izləri” adlı simpozium və fotosərgi keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 30 illiyinə həsr olunan “Qarabağda erməni vandalizminin izləri” adlı simpozium və fotosərgi keçirilib.

İnterpress.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasnın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Azərbaycan-Türk Qadınlar Birliyi tərəfindən reallaşıb.

Maltepe Universitetində gerçəkləşən simpoziumda Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, millət vəkili Sabir Rüstəmxanlı iştirak ediblər.

Eyni zamanda, tədbirə Maltepe Üniversitetinin rektoru prof. dr. Şahin Karasar, İpekyolu Kamu Diplomasisi Teşkilatı Başkanı Dr. Seyfullah Türksoy, Balıkesir Üniversitetinin təmsilçisi Prof.Dr. Cemal Okuyan, Ukrayna Çerkası Devlet Teknoloji Üniversitetinin nümayəndəsi Prof. Dr. Aydın Novruzoğlu, Aydın Adnan Menderes Üniversitesi Öğretim Üyesi Dr. Ahmet Aytaç, Qarabağ qazisi Nahid Canbaxışlı, “YeniÇağ” media qrupunun rəhbəri Aqil Ələsgər və digər universitet və elm ocaqlarını təmsil edən professor-müəllim heyyəti qatılıblar.

Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan və Türk dünyasının tarixində unudulmaz, faciəli və qanlı hadisələrdən biri olduğu bildirilib.

Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışılıb.

Çıxışçılar tərəfindən simpozium iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb.

Azərbaycan xalqını tarixi torpaqlarından qovulduğu, qaçqına, məcburi köçkünə çevrildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb və qeyd edilib ki, bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.

Tədbirin sonunda məruzəçilərə plaket təqdim olunub.

Daha sonra Xocalı soyqırmı ilə bağlı universitetdə təşkil olunmuş “Qarabağda erməni vandalizminin izləri” adlı fotosərgi simpozium iştirakçılarına təqdim olunub.