İstanbulda silsilə qətl hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barəd Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, İstanbulda bir gün əvvəl baş verən dəhşətli qətllər şəhərdə böyük şok yaradıb.
Üç saat ərzində bir-birinin ardınca həyata keçirilən silsilə qətllərdə 7 nəfər ölüb.
Qətllər narkotik aludəçisi olan Bəxtiyar Aladağ tərəfindən törədilib.
İstanbulda anasını, atasını, bərbərini və qohumunu öldürərək Esenyurtda intihar edən Bəxtiyar Aladağın bacısını da güllələyərək ağır yaraladığı məlum olub.
Onun öldürdüyü bərbərin kürəkəni olduğu müəyyən edilib.
Xuraman Etibarlı
İnterpress.az