HƏMAS Livanda atəşkəsi dəstəkləyir.
İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS sözçüsü Həmdan Livanın “Al Mayadeen” telekanalına müsahibəsində bildirib.
“Livanda hər hansı atəşkəs elanı bizim tərəfimizdən alqışlanır, çünki Hizbullah xalqımızı dəstəkləyib və böyük fədakarlıqlar edib”, – Həmdan deyib.
Noyabrın 25-də “Axios” yüksək rütbəli ABŞ rəsmisinə istinadən xəbər verib ki, İsrail və Hizbullah arasında atəşkəs razılaşması tamamlanmaq üzrədir.
Eyni zamanda qeyd edilir ki, bu gün Yəhudi Dövlətinin Nazirlər Kabineti bu sazişi təsdiq edəcək.
Xuraman Etibarlı
İnterpress.az