Azərbaycanda parklanma ilə bağlı indiyə qədər xaotik bir vəziyyət hökm sürürdü. Ancaq bir ilə yaxındır ki, parkinqlə bağlı dövlətin qoyduğu qayda-qanunların tətbiqinə başlanılıb. Düzdür, bu, bir yenilikdir, çətin bir mexanizmdir onların tətbiqi, vaxt aparan şeydir. Ona görə hələlik bu sahədə xaotik vəziyyət hökm sürməkdədir və bu aşkar şəkildə də özünü göstərir.
Bu fikirləri parkinqlərlə bağlı davam edən problemləri şərh edən nəqliyyat ekspeti Elməddin Murad İnterpress.az-a açıqlamasında deyib.
Ekspert parklanma ilə bağlı nöqsanları, bu prosesin tam həyata keçirilməsini əngəlləyən məqamları sadalayıb.
“Heç kim deyə bilməz ki, hər şey mükəmməldir, artıq qaydasındadır, belə bir şey yoxdur. Hal-hazırda biz görürük ki, müəyyən qüsurlar qalmaqdadır. Bu da vətəndaşların paklanma mədəniyyətinə alışmamasından irəli gəlir. Bunu qəbul etmək istəməmələrindən irəli gəlir.
Parkinq yerlərində öz başına pul yağan insanların bu sahədən əl çəkməməsi məsələsi də var. Yəni bir çox məqamlar hələ bu işin mükəmməl şəkildə icrasını əngəlləyir.
Ona görə hələ də səkilərdə avtomobilini park eləyən insanlara rast gəlirik. Parkinqə pul ödəmək istəmirlər. Bir çox qüsurlar hələ də özünü göstərməkdədir.
Bu sahədə, çox cüman ki, inzibati tənbeh tədbirlərinin daha ağırlaşması kimi mexanizmlər tətbiq oluna bilər. Çünki başqa formada insanlar qaydalara əməl etmək istəmirlər. Yəni bu qədər cərmələr tətbiq olunur, bu qədər sanksiyalar var. Yenə də görürsünüz ki, məsələn, parkinq yerinə 1 manat ödəməyib, kənar yerdə 10 manatlıq, 20 manatlıq qayda pozurlar.
Səkiləri zəbd edirlər. Restoranlar səkilərin üstündə tikilir. Parklanma yerini də elə orada yaratmaq istəyirlər.
Yaşayıq binalarından danışsaq, orada da vəziyyəti yaxşı deyil. Səkiləri onlar da zəbt edirlər. Yəni binalar o qədər xaotik şəkildə tikilib ki, o sahədə də hər şey mükəmməldir deyə bilmirik. Çox təssüf olsun.
Ona görə bizim problemlərimiz çox ciddidir və kimsə desə ki, qısa zamanda həlli mümkündür, bu, sadcə yalan olar. Çünki o qədər binaları, o qədər tikililəri heç kim sökə bilməz. Bunun sökülməsi də milyonlarla vəsait sərf etmək deməkdir. İndiki dövrdə bu qədər vəsaiti kiminsə harasa xərcləyəcəyini düşünmürəm və buna o qədər inandırıcı da baxmıram.
Amma problemlərin qaynağını bilirik, həlli yollarını da gostəririk. Sadəcə güclü bir iradə göstərib bu problemləri həll etmək lazımdır. Parklanma yerləri çox məhduddur, hamı üçün əlçatan bir parklanma mexanizm var deyə bilmərik”, – Elməddin Murad bildirib.
Sonda ekspert parkinq qiymətlərinə, güzəştlərin təbiq olunması məsələsinə də toxunub. O, qiymətlərə yenidən baxılması məsələsinin mümkünlüyünü qeyd edib.
Əlbəttə, bütün məsələlərə baxıla bilər. Sadəcə, indi qoyulan qiymətlər elə də baha qiymət deyil. Sadəcə, bəzi insanlaragüzəştlərin olmaması problem yaradır. Məsələn, ərazidə yaşayanlar,
işləyənlər, onlar nəzərə alınsa, belə bir mexanizmlər olsa, yaxşı olacaq.
Məsələn, məcburi köçkünlərlə bağlı çox ciddi bir problem ortalığa çıxıb. Məcburi köçkünlərin qeydiyyatda olduğu ünvan, deyək ki, Kəlbəcər rayonudur. Adam hələ ki Kəlbəcərdə yaşamır. Kəlbəcər, şükür Allaha, işğaldan azad olunub, amma faktiki bu adam orada yaşamır. Bakıda bir ərazidə məskunlaşıb. Amma qanunla onun burada məskunlaşdığı yer tanınmır.
Yoxsa qeydiyyatda olduğun ərazidə ol, ona uyğun sənə güzəşt tətbiq oluna bilər. Bu, belə düzgün deyil, yəni belə şeylər bir az narazılıq yaradır. Ona görə hesab edirəm ki, bu məsələlərə baxılmalıdır.
Ərazidə işləyən insanlar üçün müəyyən imkanlar varsa, şərait yaratmalıdır. Şəhərin elə yerləri var ki, orada güzəşt tətbiq etmək mümkün deyil.
Qiymət məsələsi, hələlik, ilki problemlər tətbiq olunur. Gələcəkdə ola bilər ki, bilər”, – nəqliyyat eksperti fikrini tamamlayıb.
Xuraman Etibarlı
İnterpress.az