“Rusiya istəyir ki, bu münasibətlərin qarşılığını verə bilsin“ – Deputatbackend

“Rusiya istəyir ki, bu münasibətlərin qarşılığını verə bilsin“ – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Putin Rusiya-Azərbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini hildirib. Müşahidəçilər iki ölkə arasında münasibətlərin inkişafında Rusiya dövlət başçısının səylərini müsbət qiymətləndirirlər. Onların fikrincə, Putinin Azərbaycana və Prezidenti İlham Əliyevə xüsusi münasibəti ikitərəfli əlaqələrin inkişafına xüsusi töhfə verir.

Maraqlıdır bəs, regiona yaxından bələd olan Rusiya prezidentinin münaqişənin həllində 1 nömrəli vasitəçiyə çevrilməsi sülh sazişinin imzalanması ilə bağlı prosesi sürətləndirə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən deputat Naqif Həmzəyev bildirib ki, Rusiya Azrəbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişafı birbaşa olaraq hər iki ölkə prezidentlərin şəxsi münasibətləri və dövlətlərimizin uzun tarixə əsaslanan qonşuluq siyasətinə və vaxtilə bir dövlətin tərkibində yaşamağımızla əlaqəlidir.

“Azərbaycanda çox sayda milliyyətcə ruslar yaşayır və rus dilinin tədrisi ilə bağlı heç bir problem yoxdur. Hər zaman rus dilinin yayılmasına, rus dilinin öyrənilməsinə və təbliğinə diqqət göstərilib. Həmçinin, Rusiyada çox sayda soydaşlarımız yaşayır və minlərlə tələbə Rusiyada təhsil alırlar.

İki dövlət arasında qonşuluq münasibətlərinin mövcudluğu ilə yanaşı, müxtəlif sahələr üzrə yol xəritələr var. İqtisadi sahədə münasibətlərin daha da inkişaf edəcəyi gözlənilir.

Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə, Rusiya proseslərə təmkinlə yanaşdı. Rusiya prezidenti faktiki olaraq Azərbaycanın öz ərazisində suverenliyini  bərpa etdiyini dəfələrlə bəyan edib. Məhz buna görə Rusiya daha sonra tərəflər arasında əsas vasitəçi kimi çıxış etməyə başlayıb. Həm 9 noyabr 2020, həm 11 yanvar 2021-ci ilin tarixli, eyni zamanda, dünən, noyabrın 26-da Soçidə imzalanmış üçtərəfli bəyanatlar onu deməyə əsas verir ki, Rusiya regionda sülhü və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması, demilitasiya və demarkasiya məsələlərinin icrasında yaxından iştirak edəcək”.

N.Həmzəyev Azərbaycanın da hər zaman strateji tərəfdaş mövqeyindən çıxış etməsinin Rusiyanı məmnun etdiyini vurğulayıb.

“Rusiya istəyir ki, bu münasibətlərin qarşılığını verə bilsin. Ümid edirik ki, qısa müddətdə Azərbaycanın sülh müqaviləsi təklifi Ermənistan tərəfindən də ciddi addımlarla dəstəklənəcək. Beləliklə də, ən qısa müddətdə ortaq sərhədlərin tanınmasının şahidi olacağıq, Zəngəzur dəhlizinin işə düşməsi ilə regionda uzunmüddətli iqtisadi yüksəlişə nail olacağıq”.