Toğrul Allahverdili: “Molla rejiminin bütün siyasəti Azərbaycana nifrət üzərində qurulub”backend

Toğrul Allahverdili: “Molla rejiminin bütün siyasəti Azərbaycana nifrət üzərində qurulub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vilayəti fars molla rejiminin hiyləgar diplomatiyasında söz sahibi olan əsas adamlardan biridir”.

Bunu İnterpress.az-a açıqlamasında Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, məhz belə bir şovinist və riyakar birinə qəti güvənmək olmaz:

“İki ay öncə Azərbaycanı nəzərdə tutaraq “əlinlə öz qəbrini qazma” deyən Xamneyinin müşaviri Əli Əkbər Vilayətinin bir neçə gün öncə Azərbaycanla bağlı “xoş” sözlər deməsi bəzi soydaşlarımızı sevindirib. Tam əminliklə deyirəm ki, İran adlanan molla xunta rejiminin dini və siyasi rəhbərliyi heç vaxt Azərbaycanı və azərbaycanlıları sevməyib və bütün siyasətləri Azərbaycana nifrət üzərində qurulub. Vilayəti fars molla rejiminin hiyləgar diplomatiyasında söz sahibi olan əsas adamlardan biridir. Belə bir şovinist və riyakar birinə qəti güvənmək olmaz”.