Üçüncü ölkələrin müdaxiləsi ilə müharibə regional müstəvidən qlobal səviyyəyə keçər” – Politoloqbackend

Üçüncü ölkələrin müdaxiləsi ilə müharibə regional müstəvidən qlobal səviyyəyə keçər” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cəlil Rəhimi Cahanabadi regionda gərginliyin artması ilə Üçüncü Dünya müharibəsinin başlayacağı ilə bağlı müəyyən fikirlər səsləndirib: “Bölgənin siyasi coğrafiyasında hər hansı bir dəyişiklik ciddi pozuntulara səbəb ola bilər”.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib.

O, Üçüncü Dünya müharibəsinin başlaması ilə bağlı söylənən fikirlərdə həqiqət olduğunu qeyd edib:

“Bu gün dünya üzərində münasibətlərin formasına, məzmununa, ikitərəfli münasibətlərdə baş verən problemlərə nəzər saldığımız zaman görürük ki, dünyanın müxtəlif coğrafiyalarında gərgin vəziyyət hökm sürür. Dünya üzərində müharibə və eskalasiya riski artıb. Bu problemlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək mütləqdir. Lakin İran tərəfinin sırf etnik məsələləri qabartması, eyni zamanda, digər məsələlər haqqında söylədikləri fikirlər İranın xəyallarıdır.

İran ərazisindən hər hansı bir eskalasiya riski yaransa, İran həyata keçirdiyi siyasətə yenidən baxmalı olacaq. İranın regionda siyasət kontekstdə atdığı yanlış addımlar müharibəyə gətirib çıxara bilər. Üçüncü ölkələrin də müdaxiləsi ilə müharibə regional müstəvidən qlobal səviyyəyə keçər. Buna görə də, İran xarici siyasət kursunda region ölkələri ilə münasibətlərinə yenidən nəzər salmalıdır.

Dövlətlərin daxili işlərinə qarışmaq, müxtəlif təxribatçı hərəkətlərə yol vermək, terrorizmi maliyyələşdirmək və ya hansısa qruplaşmalarla bu cür addımlara yol vermək tamamilə yanlışdır. Bu problemlərə görə İran ətrafında neqativ reaksiya formalaşır”.

Politoloq İran ətrafındakı halqanın daraldığını qeyd edib:

“Qərb, yəni Birləşmiş Ştatlar İrana qarşı iqtisadi sanksiyalar tətbiq edir. İran ətrafındakı halqa getdikcə daralır. İranın Pakistan və Türkiyə ilə münasibələrinin gərgin olması, İsraili düşmən mövqeyində görməsi, Qafqaza münasibətdə xristian dövlətini dəstəkləməsi İranın xarici siyasət kursuna başucalığı gətirmir. Xüsusilə, Ermənistan və İran arasında olan sıx, isti münasibət müəyyən qədər şübhə doğurur. Azərbaycan bu səmimiliyə inanmır. İran Qafqazın əsas geosiyasi faktoruna, hərbi qüdrətli dövlətinə, yəni Azərbaycana qarşı münasibətdə baş verən gərginliyi aradan qaldırmalıdır”.

Mehri Qurban

“Üçüncü ölkələrin müdaxiləsi ilə müharibə regional müstəvidən qlobal səviyyəyə keçər”  – Politoloq